Qadin.NET / Ölüm kokteyli:Ecstasy və spirt

Ölüm kokteyli:Ecstasy və spirt

Ölüm kokteyli:Ecstasy və spirt


Səhər
Amy Winehouse'un ölümündən saatlar əvvəl bir satıcıdan kokain, ecstasy və ketamin satın aldığı görüldü. Yoldaşları isə "Ölümünə spirtlə birlikdə qəbul etdiyi ecstasy səbəb oldu" dedi.
İngilis müğənni Amy Winehouse'un 27 yaşında həyatını itirməsini pərəstişkarlarını şok etdi. Musiqi karyeras
ı boyunca iki albom çıxarmasına baxmayaraq beş Qremmi mükafatı qazanan Winehouse'un faciəli ölümünə, cümə gecəsi narkotiklə, spirt istifadə etməsinin səbəb olduğu qarşıya qoyuldu. İngilis polisi, 27 yaşında həyatını  itirən müğənninin ölüm hesabatının  ən erkən bugün açıqlanacağını eşitdirdi. Ancaq İngilis mətbuatına görə Winehouse cümə gecəsi, Londonun şimaliında bir  səmtdə  narkotik satıcısından "yüklü" alışveriş edərkən görüldü. Winehouse'nin ölümündən saatlar əvvəl kokain, ecstasy və ketamin satın aldığını görən şahidlər "O gecə çox möhkəm bir şeylər edəcək kimi görünürdü.  Amma bayrama evində davam edəcək kimi görünürdü" dedi. Yoldaşları isə Winehouse'nin ölümünə spirtlə birlikdə alınan bir növ ecstasy'nin səbəb olduğunu təsdiq etdi. Bir yaxını "Bu hadisənin səbəbi həddindən artıq dozada ecstasydir,dedi.  Hadisə əsnasında Winehouse'nin yanında birinin olub -olmadığı isə dəqiqləşmədi. Qızının ölümünün her an gözlənildiyini etiraf edən anası isə "Bir gün əvvəl gördüyümdə heç yaxşi deyildi" dedi. İngilis Sunday Miror qazetinə danışan Janis Winehouse, qızı üçün "Ölməsi an məsələsi idi" dedi.

Ölüm kokteyli:Ecstasy və spirt
 

 

Winehouse'nin ölüm xəbəri, əvvəlki gün İngilis qəzetlərinin çoxunun başlığında  yer aldı. Independent qəzeti, Amy'nin ölümünü "Musiqinin  problemli  dahisinin kədərli  ancaq qaçınılmaz sonu" başlığıyla eşitdirərkən, Observer qəzeti Winehouse'nin 27 yaşında, içki və narkotiklə döyüşünü itirdikdən sonra dünən evinde ölü tapıldığını qeyd etdi. Sunday Times qəzeti də birinci səhifəsində yazdığı Winehouse'nin ölümüylə əlaqədar xəbərdə "İngiltərə'nin ən qabiliyyətli sənətçilərindən birinin dünən Londonun şimalindaki evində ölü tapıldığını və ölüm səbəbinin artıq dozada narkotik istifadəsi olduğunun təxmin edildiyini" yazdı.
Ölüm kokteyli:Ecstasy və spirt
Reabilitasiya müddətində olduğu üçün üçüncü albomunun çıxış tarixi istehsalçı şirkəti Island Records tərəfındən təxirə salınan Winehouse'nin pərəstişkarları isə müğənninin 2.5 milyon sterlinq dəyerindəki evinin önünü çiçək və şamlarla doldurdu. Bəzi pərəstişkarları isə müğənninin davamlı getdiyi yeri olan Camden'dəki Hawley Arms adlı bara gedərək, mahnılarını söylədi.


 

10 avqust 2011
GO BACK