Qadin.NET / Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Qətərin keçmiş əmirinin həyat yoldaşı və dünyanın ən varlı "ərəb şahzadəsi" kimi tanınan Şeyxa Mozanın 7 milyard dollardan artıq sərvəti və çoxlu sayda bahalı zinət əşayaları kolleksiyasının olduğu bildirilir.

Şeyxa Moza Qətərın dövlət işlərində iştirak edir və öz ölkəsini dünyanın nüfuzlu tədbirlərində təmsil edir. Şeyx Moza nəinki ictimaiyyət qarşısına hicabsız çıxır, eyni zamanda Şərqin ən yaxşı geyinən qadınlarından biri sayılır və gözəl üslubu ilə hər kəsi heyran qoyur.

İnanmaq çətindir, amma, bu xanım ərinə yeddi uşaq bəxş edib. Buna baxmayaraq, Moza gözəl bədən quruluşunu saxlayıb və əvvəlki kimi qədd-qamətli qalıb. O, artıq neçə illərdir ki, stil ikonası adının ən layiqli münayəndənlərindən biridir. Moza ərəb dünyasının stereotiplərini qırmaqla özündə Şərq və Avropa dəb ənənələrini birləşdirən fərdi üslubunu yaradıb.

Hərçənd ki, Moza özünə istənilən sayda bəzək əşyaları taxmağı rəva görə bilər, amma o, minimumla kifayətlənir. Onun üzərində adətən, bir və ya iki zinət əşyası görmək olar. Zərif zinət əşyaları ərəb şahzadəsinin obrazını ideal tamamlayır.

 

Bəzək əşyaları

 

“Bvlgari” zərgərlik evinin “Serpentine” kolleksiyasından məşhur kəmər-boyunbağı

 

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Şeyxa Moza “Bvlgari” zərgərlik evinin “Serpentine” kolleksiyasından məşhur kəmər-boyunbağını çətinliklə əldə edib. Bu bəzək əşyası əvvəllər “Vogue” dəb jurnalının keçmiş redaktoru Diana Vrilanda məxsus idi. O, illər əvvəl mağazada nümayişə çıxarılıb, amma satış üçün deyildi. Moza boyunbağını əldə etmək üçün mağazanın sahibini çox uzun müddət dilə tutmalı olub və nəhayət, işadamını razı sala bilib.

 

Şərq ənənəsinə uyğun olaraq Mozanın başı həmişə örtülüdür. O, daha çox çalma və əmmamələrə üstünlük verir, onsuz Şeyx Moza demək olar, heç vaxt heç yerdə görünmür. Maddi baxımdan korluq çəkməyən Moza Avropanın ən bahalı geyim brendlərini seçir və onları artıq "vizit kartı"na çevrilmiş çalma və lüks eksklüziv zərgərlik əşyaları ilə uyğunlaşdırır.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Moza əmmamələrini qiymətli sancaqlarla bəzəməyi sevir. Bu şəkildə ağ qızıl, brilyant, bozumtul kvarsdan olan broşu “Cartier”dəndir.

 

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Sırğalar

 

“David Webb” dan olan sırğalar brilyantlar, qara qızıl və platindən hazırlanıb. Sırğa ar-deko üslubunda hazırlanıb, lakin yaranma tarixi 1974-cü ilə aiddir.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Üzük

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Yaxa sancaqları

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Boyunbağı

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Rəsmi tədbirlər üçün o, daha çox mirvari seçir. Bu, tək sap, həm də çoxqatlı, son dərəcə gözəl və nadir mirvari boyunbağılar ola bilər.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Mozanın zinət əşyaları kolleksiyasının qiymətini isə sadəcə təxmin etmək olar. O, xüsusilə “РЎartier” brendinin zərgərlik nümunələrini çox sevir və onlara heç vaxt pul əsirgəmir. Belə ki, 1998-ci ildə zərgərlik evi 150 illik yubileyi ilə bağlı nadir platin boyunbağı - “Eternity” satışa çıxarıb. Bu zinət əşyasının hazırlanmasına çəkisi 205 və 206 karatlıq olan iki çox böyük fantastik zümrüd, eləcə də xırda zümrüdlər və çoxlu brilyant daşlar sərf olunub.

 

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

2010-ci ildə Şeyxa Moza ictimaiyyət qarşısına bu boyunbağıda çıxmışdı. Yalnız onun xahişi ilə zinət əşyasının dizaynı dəyişdirilib, kiçik brilyant və zümrüdlər çıxarılıb, iri zümrüdü isə iri brilyantlarla əvəzləyiblər. Şərqin ən gözəl geyinən xanımı haqqında danışdığımız “Eternity Cartier” zinət əşyasını 2010-cu ildə London səfəri zamanı taxıb.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Şeyxa Moza həm də “Cartier”in iki boyunbağı, sırğa və bilərziyin daxil olduğu “Pantera” kolleksiyasının sahibidir. Onlar ağ qızıl, brilyant, oniks və zümrüdlər istifadə etməklə yerinə yetirilib.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Bu kolleksiyanın ən bahalı və məşhur elementi Mozanın 2010-ci ildə Londonda “Sothebys” hərracında aldığı qolbaqdır. Bundan əvvəl qolbağın sahibi sevgilisi naminə taxt-tacdan imtina edən VIII Eduardın həyat yoldaşı Uollis Simpson idi. Hərracda qolbaq üçün Moza fantastik məbləğ (onda qolbağın dəyəri 7 milyon dollar idi) xərcləməyə məcbur olub.

Ziynət əşyalarına hərisliyi olan şəhzadə

 

Aytən

Publika.az

15 may 2018
GO BACK