
78 ildir yemək yemədən, su içməkdən imtina edən 88 yaşındakı Hindli Yogi, həkimlər tərəfindən müşahidəyə alındı. Aparılan araşdırmalar nəticəsində onu yaşadan enerjini qaynağı tapılacaq.
Qucarat əyalətində yaşayan Yogi, 8 yaşındaykən bir " tanrıça" tərəfindən ilahi xeyr dua verildikdən sonra yeyib içmədiyini deyir.
Hindistanda 70 ilə yaxın müddətdir yemək yemədiyini, su içmədiyini deyən 83 yaşındakı Yogi (yoqa edən deməkdir), bu halla maraqlanan həkimlər tərəfindən xəstəxanada gözaltına alındı. 30 həkimdən ibarət qrup onu müəyyən testlərdən keçirir.
Onun hər dəqiqəsi kamera vasitəsilə izlənilir. Hər kəs onun yemədən içmədən necə həyatda qaldığı ilə maraqlanır. Alimlər kəşf edilən üsulla Marsa və Aya səyahət edən kosmonavtları ac saxlamağın yollarını öyrənmək istəyirlər.
Tualetə getmir
Yoginin ürək və beyin fəaliyyətləri xüsusi aparatlarla izlənəcək. Qan təhlilləri ediləcək. Bütün bunlar 3 həftə davam edəcək. Həkimlər onun xəstəxanaya götürüldükdən sonra ağzına bir damla su almadığını və heç nə yemədiyiniz, buna görə də tualetə getmədiyini deyirlər.