Qadin.NET / Emin Ağalarov

Emin Ağalarov

Emin Ağalarov 1979-cu ildə Bakıda anadan olub ,4 yaşında  valideyinləri ilə birlikdə Moskvaya köçüb,8 il orda orta  təhsil aldıqdan sonra  15 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb.Burada orta məktəbi bitirmiş,Nyu-York universitetinə daxil olaraq bir neçə biznes –menecerlik üzrə təhsil alıb.

Tələbəlik illəri haqqında Emin belə deyir:’’ Mən Amerikada oxuyanda atam ancaq kollecin pulunu ödəyirdi.Şəxsi xərclərimə özüm pul qazanmalı idim.15 yaşımda Amerikada yerli supermarketlərin birində satıcı kimi işləyirdim,saatda 5 $ qazanırdım.Sonradan şəxsi sayt açaraq (internet-mağaza)saat,optika,ikona və  Rusiyadan xırda suvenirlər satmağa başladım.Layihəm çox uğurla inkişaf etdi.Elə aylar olurdu ki,5min,hətta 15 min dollar qazanırdım.O zamanlar,18 yaşımda istədiyim hər şeyi ala biləcəyim fikri ağlımı başımdan alırdı.Yay tətillərində Rusiyaya gəlirdim.Atamın burda ayaqqabı biznesi ilə məşğul olduğunu görərək bunu Amerikada təkrarlamaq istədim.Nyu –Cersidə ilk ayaqqabı mağazamı atamın puluna açdım-18 yaşıma hədiyyə etdiyi 50.000 dollara.İnternet saytımı isə öz puluma (1000dollara) açmışdım.Öz biznesimdən fərqli olaraq,atamın maliyyə vəsaitinə açdığım  ayaqqabı dükanı mənə gəlir gətirmədi.Bundan sonra qərara gəldim ki,həmişə hər işi şəxsi puluma görmək lazımdır”

Emin Ağalarov

2001-ci ildə Emin Rusiyaya qayıdıb,sıfırdan başlayaraq şəxsi şirkətini açmaq istədi.Amma atasının məsləhəti ilə Emin Crocus Group şirkətində kommersiya direktoru vəzifəsini tutdu .Fashion And Exclusive Retail (moda və eksklüziv pərakəndə satış) istiqamətini rəhbər tutaraq “Krokus Siti Moll”layihəsini reallaşdırdı.

Eminin gözəl bariton səsi var.Boş vaxtlarında  musiqi yazar və özü ifa edərdi.Musiqi fəaliyyəti haqqında belə deyir:”Uşaqlıqdan mən oxumaq arzusunda idim.Arzum yerinə yetdi.Mənim dinləyicim mənə bənzər ,yəni Elvis Presli və Tom Consdan Sinatra  və Hamperdinkə qədər bütün klassik balladaları dinləmiş adamlardır.”

Emin Ağalarov

Onun  yaradıcı adı altında qurduğu musiqi kariyerası 3 peşəkar albomu birləşdirir-EMİN STİLL(2006),EMİN İNCREDİBLE(2007),EMİN OBSESSİON(2008).İlk  Still konsertində özünün bəstələdiyi mahnıları ifa etmişdir.

Həyat yoldaşı Leyla Əliyeva ilə birlikdə Stick Together klipində çəkilmişdilər.

Onlar 2005-ci ildə yanvarın 5 –də İsveçrədə Sent-Moris dağ xizək kurortunda tanış olmuşdular.2006-cı ildə aprelin 30-da Emin Ağalarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə ailə həyatı qurdu.2008-ci il dekabırın 1 –de əkiz uşaqları dünyaya gədi

Emin Ağalarov
 
Emin Ağalarov
26 avqust 2011
GO BACK