Qadin.NET / Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

Böyük Britaniya bir çox məsələlərdə "müasir" olsa da, bəzi filmlər var ki, hətta, Birləşmiş Krallıqda belə qadağan olunub. Adları yazılan filmlər BBFC (British Board of Film Classification) tərəfindən qadağan edilib və izləmək üçün uyğunsuz hesab edilir.

 

Grotesque (2009)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

2009-cu ilin Yapon qorxu filmi olan Grotesque qaçırdığı cütlüyün üzərində tibbi eksperiment aparan cərrahın həyatından bəhs edir. Mişar filminə bənzəsə də, həddindən artıq ürpədicidir. Film sadizmi təbliğ etdiyinə görə İngiltərədə izlənməsi qadağan edilib.

 

Cannibal Holocaust (1980)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

Hanniballardan bəhs edən film o dərəcədə inandırıcı çəkilib ki, hətta filmin rejissoru adam öldürdüyünə görə saxlanılıb. O, səhnələrin saxta olduğunu və aktrisanın sağ olduğunu sübut etdikdən sonra sərbəst buraxılıb. Filmdə iyrənc səhnələr çox olduğuna görə İngiltərədə izlənməsi qadağan edilib.

 

Hate Crime (2015)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

Yəhudi ailəsinin evinə girən quldurların onların ailə üzvlərini bir-bir işgəncə ilə qətlə yetirməsindən bəhs edir.

 

The Bunny Game (2012)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

Çəkilməsinə az mailiyyə sərf olunan film yük avtomobili sürücüsünün təklifini qəbul edən fahişənin işgəncə ilə öldürülməsindən bəhs edir. Film şiddəti təbliğ etdiyinə görə BBFC tərəfindən qadağan edilib.

 

The Human Centipede 2 (2011)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

"İnsan qırxayağı" adlanan filmin birinci hissəsinə nisbətən, ikincisi daha iyrənc və qorxuludur. Hətta film o qədər iyrənc alınıb ki, rejissor bəzi səhnələri montajda kəsib.

 

Women in Cell-block 9 (1977)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

1977-ci ildə çəkilən, seksual zorakılıq səhnələrinin çoxluğuna və aktrisalardan birinin yaşı 16 olduğuna görə film İngiltərədə qadağan edilib.

 

Traces of Death (1993)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

Bu filmdə gerçək zorakılıq səhnələri və ölüm görüntülərindən istifadə olunduğuna görə filmin nümayişi qadağan edilib.

 

Banned from Television (1998)

 

Ölüm səhnəsinə görə qadağan edilmiş 8 film

 

Filmin yeniyetmələrə güclü dərəcədə psixoloji təsir edəcəyi düşünülərək kinonun İngiltərədə nümayişi qadağan edilib.

 

Emin

Milli.az

25 aprel 2018
GO BACK