İnternet aləmi son vaxtlar 28 yaşındakı Mickie Monroe adlı qadının özü ilə evlənməsindən danışır.
Mickie əvvəllər kökəlmişdi, alkoqol asılığı ilə mübarizə aparırdı. Bədənini sevmir, bu səbəbdən özünə baxmırdı.
Keçmişini xatırlayanda ağlına gələn ilk şey " Ən böyük düşmənim özüməm" cümləsi olurdu. Təbii ki, o vaxtlar gələcəkdə özü ilə evlənərək güvən probleminin öhdəsindən gələcəyini bilmirdilər. Özünə olan qəzəbindən qaçmaq üçün siqaretə və içkiyə baş vururdu.
Depressiyada olan, mənfi düşüncələrə dolmuş enerjiyi yox etməyi, zehnini necə susdurmalı olduğunu bilmirdi.
Sonda mənfi düşüncələri susdurmağı bacardı. Liderliyin simvolu olan carnelian daşından hazırladığı üzüklə mərasimə başladı.
Başladığı yoqa dərsləri əsnasında hamının daxilində kişi və qadın enerjisinə sahib olduğunu öyrəndi.
Mayamidəki plajda ürək formasındakı aynaya and içərkən yanında şahid olaraq 3 rəfiqəsi var idi.
Özünə olan nifrəti sevgiyə çevirdi. Arıqladı və özünü sevməyə başladı.