Qadin.NET / Yuxu nədir?

Yuxu nədir?

Yuxu nədir?
Bütün günün yorğunluğu ilə dincəlmək üçün insanların yatmağa ehtiyacı var. Çox maraqlıdır ki, ömrümüzün üçdə birini yuxuda keçiririk. Bəli, yatmaq insanın ehtiyacıdır. Lakin gördüyümüz yuxular elm adamlarını həmişə maraqlandırıb. Yuxu metafizik bir hadisədir və hər insan yatdığı zaman xeyli yuxu görər. Bunların bəzilərini xatırlasaq da, bəzilərini heç xatırlamırıq. Yuxu çox sürətlə meydana gələr. Bir neçə dəqiqə ərzində gördüyümüz yuxu bizə saatlarla davam etmiş kimi gəlir. Gördüyümüz yuxudan sonra oyanmasaq, bu yuxunu xatırlamarıq. Yuxudan dərhal oyandığımız zaman gördüyümüz yuxular yuxuları xatırlayırıq.

Elm adamları yuxular mövzusunda fərqli düşüncələr ortaya qoymuş, lakin qəti nəticə əldə edə bilməmişlər. Araşdırmaların böyük hissəsind
ə yuxu əsnasında insanın şüuraltı düşüncələrinin, həsrətlərinin, ya da istəklərinin bir film kimi gözü qarşısından keçdiyi fərz edilir. Belə ki, bizlər bu varlığa yuxu adını veririk. Alimlərə görə, şüurun gizlədiyi bu varlıqlar ortaya çıxa bilmək üçün yol axtarırlar. Bunlardan bəziləri də  özlərini yuxu halında göstərirlər.
Bir neçə saniyəərzində gördüyümüz, lakin bizə çox uzun kimi gələn yuxular yuxu alimləri tərəfindən şərh olunmaqdadır. 
Alimlər yuxuların üç müxtəlif növdə olduğunu bildirirlər. Birinci növ yuxular - insanların yaşadıqları hadisələrin təsiri altında gördükləri yuxulardır. Məsələn, qorxu filmi izləyib yatan insan filmin təsirində qalaraq yuxusunda qorxulu hadisələr görə bilər.

İkinci növ yuxular -
"qarabasma" deyilən yuxulardır. Bu yuxular əvvəl gözəl hadisələrlə başlayan, lakin daha sonra qorxulu hal alan yuxulardır.

Üçüncü növ yuxular - çox həssas olan insanlar tərəfindən fərqli hadisələrin və şəxslərin görüldüyü yuxulardır. Bu yuxular şərh olunması və diqqət yetirilməsi lazım olan yuxulardır. Yuxuda gördüyümüz hadisələrin reallaşa biləcəyi, ya da müəyyən hadisəyə işarə etdiyi düşünülür. Bu səbəblə yuxu yozanlar bu yuxuları gördüyümüz şəxs və obyektlər üçün şərh edirlər.

6 sentyabr 2011
GO BACK