Qadin.NET / Van Qoqun 5 tablosunun tarixi

Van Qoqun 5 tablosunun tarixi

Arles’dəki Yataq Otağı (Bedroom In Arles), 1889

Van Qoqun 5 tablosunun tarixi

Van Qoqun bu rəsmin 3 kopyasını çıxarmışdır. Fərqli rənglərlə sükunəti yaratmağa çalışıdı. İlk rəsm hal-hazırda Amsterdam muzeyində qorunur. Van Qoq tərəfindən 1888-ci ildə çəkilmişdir. Van Qoq xəstəxanada olarkən sel əsnasında zərər görmüşdür.

Van Qoqun 5 tablosunun tarixi

Bir il sonra Van Qoq bu rəsmin daha iki nüsxəsini hazırladı. Birincisi ilə eyni ölçüdə olan nüsxə Çikaqodakı Art İnstitundadır. Anası üçün hazırladığı üçüncü nüsxə daha kiçikdir, Parisdə Musée d’Orsay’dadır.

Van Qoqun 5 tablosunun tarixi

Hər şəkildə divarın, döşəmənin rənginin, divardakı portretlərin yerini dəyişdiyini görürük. Ən son çəkdiyi versiyadakı şəklin, divardakı portretlərinə özünü və bacınısı çəkmişdir.

 

2. Ulduzlu Gecə (The Starry Night), 1889

Van Qoqun 5 tablosunun tarixi

Ulduzlu Gecə Van Qoqun ən məşhur və müzakirəyə səbəb olan əsəridir. Van Qoqun boyaları xüsusi texnika ilə istifadə etməsi bu şəkildə də üzünü büruzə vermişdir. Bir çox şeirə, romana mövzu olmaqdan əlavə bəzi mahnılara ilham qaynağı olmuşdur.

Van Qoqun 5 tablosunun tarixi

Vincent Van Qoq, bu rəsmi Saint-Remydəki ruhi xəstəxanada yatarkən və keçirdiyi krizlərə görə ağıl sağlamlığının yerində olmadığı bir müddət çəkmişdir. Otağın pəncərəsindən günəşin doğuşunu izləmiş və çox təsirlənmişdir. Bəziləri isə Van Qoqun bu rəsmi real mənzərəyə baxaraq deyil, xəyal gücünü istifadə edərək çəkdiyini deyirlər.

Bir fərziyyəyə görə, Ayın və Venaranın görünməsini, qardaşına yazdığı məktubları göz önünə alaraq, araşdırmaçılar 25 May 1889-cu il saat 04:40 - da səmanın bu şəkildə olduğu müəyyənləşdirilmiş və Van Qoqun bu tablonu günəşin doğuşunu izləyərək çəkdiyi qərarına gəlmişlər.

 

3. Cafe Terrace At Night, 1888

Van Qoqun 5 tablosunun tarixi

Vincent Van Qoq bu rəsmi çəkməyə, bu kafeni görəndə qərar vermişdir. Rənglərindən çox təsirləndiyi üçün, rəsmi gözünün gördüyü formada, az işıq altında - gecə çəkməyə qərar vermişdir. Van Qoq məktubunda bu rəsmdən belə danışır.

 

Van Qoq kafe, Arles, Fransa

Van Qoqun 5 tablosunun tarixi

" Ulduzlu bir axşam o kafenin xaricdən görünüşü, ən az ulduzlar qədər parlaq. Tablonu qaranlıqda gördüyüm rənglərlə çəkəcəm. Kafenin sarısı mənim gördüyüm sarı olmaya bilər, hətta yerdəki daşların da rəngi başqa ola bilər... Bu bir gerçəkdir ki, gecə işığında yaşıl yerinə mavi görə bilərəm, lilayı bənövşəyi seçə bilərəm. Amma bəyaz işıqdan, şam işığına keçdiyin vaxt ən zəngin sarıları və narıncıları yaxalaya bilirsən."

 

4. Günəbaxanlar (Sunflowers, 12 Sunflowers In A Vase), 1888

Van Qoqun 5 tablosunun tarixi

Günəbaxanlar, Van Qoqun ən məşhur əsərlərindəndir. Van Qoqun ilk rəsmdə, günəbaxanların yerdə olduğu görünür.

İkinci şəkildə isə Vazoda fərqli sayda günəbaxanları görürük.

Van Qoqun 5 tablosunun tarixi

Gauguinin Van Qoqu görməyə gələcəyi vaxt, Van Qoq onu valeh etmək üçün otağı dekorasiya etmək məqsədilə günəbaxan rəsmləri çəkməyə qərar verir. Gauguin bu şəkilləri çox bəyənir. Ancaq, aralarındakı münasibət Van Qoqun kriz keçirib qulağını kəsməsi və ruhi xəstəxanaya düşməsi ilə nəticələnəcəkdi.

 

Self Portrait With Bandaged Ear, 1889

Van Qoqun 5 tablosunun tarixi

Bu rəsim Van Qoqun qulağını kəsib Gauguinə hədiyyə etməsindən 2 həftə sonra çəkilmişdir. Rəssam bu portreti yaşadıqları ilə yeni simasının ortaya çıxdığını göstərmək üçün çəkmişdir. Həkimlərə ruhi xəstəxana yatmamalı olduğunu sübut etmək üçün xəstəxanadan çıxandan sonra çox çalışdı.

Portretdə görünən divardakı rəsm Sato Toriyakonun əsərindən götürülmüşdür. Orjinal əsəri öz tablosuna yerləşdirdikdən sonra müəyyən dəyişikliklər etmişdir.

 

Tərcümə: Ustaclı

7 aprel 2018
GO BACK