Youtubda eləcə də internetdə,dünyada hamının marağına səbəb olan bir video var:Bir oğlan suyun üzərində qaçır,rəqs edir,oynayır. Bunu alimlər fikirləşdilər,axtardılar axırda tapdılar.
Bu adi maye deyilmiş. Buna "Nyuton mayesi" deyilir. Çünki bu maye nyuton qanunlarının tam əksinədir.
Bu mayeni əldə tez-tez oynatdıqda top kimi bərk olur,əldə sadəcə tutduqda əriyir,su kimi tökülür.
Bu mayeyə barmağı tez saldıqda barmaq girmir. Yavaş-yavaş saldıqda isə barmaq girir. Mən bunu evdə də yoxlamışam. Bunun üçün lazım olacaq:
1 stəkan(az və ya çox əsas su ilə eyni qədər olsun) kraxmal
Kraxmal qədər də su.
Sonra onları qarışdırın və bu təcrübələri yoxlayın ![]()