Qadin.NET / Bayquş kimə ağlayır?

Bayquş kimə ağlayır?

 

Bayquş kimə ağlayır?

 

İmam Rza  əleyhissalamdan bayquş barədə nəql olunmuş hədisdə deyilir: Qədim zamanlarda  bayquş evlərdə yaşayırdı və nahar zamanı masanın kənarına qonub ev sahibləri ilə birgə yemək yeyərdi. İmam Hüseyin əleyhissalamı şəhid etdiklərinə görə insanlara etimadı azaldı və onlardan ayrılaraq xarabalıqlarda özünə yuva qurdu  və orada yaşamağa başladı.Allahın yaratdığı bu heyvan insanlardan vəfasızlıq gördü. Çünki onlar peyğəmbər övladını şəhid etmişdilər. Belə bir insanı öldürdüklərini görüb bir gün özünü də öldürəcəklərini  güman etdi. Beləliklə onlardan ayrılıb tənhalığa üstünlük verdi. Bu günə qədər də  tənha yaşayıb heç bir kəslə ünsiyyət yaratmır. Gündüzlər özünü heç kimə göstərmir. Yalnız gecələr öz ruzisini arayır, sonra öz xarabalığında oturub  səhərə qədər İmam Hüseyin əleyhissalamı  yad edərək ağlayır, naləsi hər tərəfi bürüyür.

30 iyul 2011
GO BACK