Qadin.NET / Ev işlərindən şikayət edirsiniz?

Ev işlərindən şikayət edirsiniz?

Ev işlərindən şikayət edirsiniz?

Xəyalən də  olsa,hamımız birlikdə keçmişə səyahət edək... 

     1940-cı illərdə bir kənddə yaşasaydınız,yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz.Təbii ki,bu hələ başlanğıcdır.Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız.Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz.İndi növbə ocağı yandırmaqdadır.His-duman içərisində "yanmaram"deyə inad edən odunları üflə ki yansın... 

     Tutaq ki,çətinliklə də olsa ocaq yandı.Bazardan kəsilmiş,yolunmuş hazır toyuq yoxdur təbii ki...Haydı,yoldaşınızın kəsdiyi toyuğu yolmağa başlayın,içini təmizləyin... 

     Hər tərəf yağa bulaşdı.Sabun çox bahadır və ancaq paltar yumaqda istifadə olunur.Əlinizi torpağa bulayın və yuyun.Başqa yol da yoxdur... 

    Süfrəni yığışdırdınız.Qab-qacağı yumalısınız.Həm də yuyucu maddə olmadan... 

    Artıq axşam düşür.Daş divarlı soyuq otaqlar üçün manqal qalayıb tüstüsü keçəndən sonra bir-bir otaqlara aparmalısınız... 

     Çıraqlar yandırın.Çünki əlinizi atan kimi yanan işıqları hələ tanımırsınız... 

     Aman Allah,hələ inəklər sağılmalıdır.Toyuq-cücənin qapısı açıq qaldı ,haydı tələsin!.. 

    Uşaq yenə altını islatdı.Uşaq bezi olsaydı?Uşaq bezi?O nədir ki?Uşağınızı ocaqda isitdiyiniz o qiymətli su ilə yuyun... 

    Paltarları yumaq üçün isə çay kənarından gil gətirməlisiniz.Əvvəlcədən suya qoyun ki, gilli suyunuz hazır olsun... 

    Ananız üçün darıxdınız?Telefon olsaydı danışardınız.Ancaq böyük bir şəhərdə yalnız bir telefon var.Onun da o biri tərəfində ananız gözləmir təbii ki...Axşamdan qalan yeməyi ən soyuq otağa qoyun ki, xarab olmasın.Üstünü də möhkəm örtün ki,it-pişik dəyməsin...Kənddə toy var.Haydı geyinin toy-bayramlıq tək paltarınızı,özünüzü gəlin kimi hiss edin."Bunlardan bir neçə dənə olsaydı"fikri heç ağlınıza belə gəlməsin... 

    Necədir,gözləarinizi açıb hazır qazı,işığı görəndə özünüzü varlı hiss etdinizmi?Əlinizin altındakı nemətləri görə bildinizmi? 

Sümeyra Irmak "Xoşbəxt bir yuva üçün "kitabından 

  İndi də bəzi kəndlərdə bunlar yaşanılır.Nənəm həmişə deyər ki: az qalır əlləriniz də avtomatik yuyulsun ama yenə şikayət edirsizwink

29 iyul 2011
GO BACK