Çin səddi ölkəni köçəri tayfalardan qorumaq tikilib.E.ə III əsrdə imperator Tsin Şi Xuandi Çin səddinin təməlini qoyub,sonralar bu tikinti davam etdirilərək uzadılıb.Çin memarlığının ən qədim və ən böyük tikilisidir.xv və xvı əsrlərdə Çin səddi ciddi təmir edilmişdir.Çin səddi dünyanın ən uzun müddətdə inşa edilən və ən çox insan çalışdırılan tikilisidir.Çin səddi kosmosdan da görünür(bəzi məlumatlarda görunmədiyi yazılır).Çin səddinin bu günə qədər gəlib çıxmasının səbəbi inşasında düyü unundan istifadə edilməsidir.
Biz Çinin Pekin şəhərində yaşayırıq,burda yaşayıb Çin səddini görməmək olmazdı.Dünyanın yeddi möcüzəsindən birini görəcəyim üçün çox sevinirdim.Çin səddi yolu hündür qalxırdı və düz olduğu üçün oranı qalxmaq bəzən çətin olurdu.Geri qayıtmaq daha da çətin olacağı üçün teleferiklə aşağı endik.Yüksəklikdən sanki bir ipdən asılı halda enmək başqa bir həyəcan idi.
Bunlar da mənim çəkdiyim şəkillər: