Qadin.NET / Şamlar

Şamlar

Şamın tarixçəsinə baxsaq, bu işıq qaynaqları ilk olaraq günümüzdən təxminən 3000 il əvvəlində Köhnə Misir Sivilizasiyasında istifadə edilməyə başlayır. Daha sonra Roma dövründə bu günki şəkillərinə bənzər hala gəlirlər. İlk dövrlərdə qoyun və maldan əldə edilən  yağlardan şamlar, zamanla forma dəyişdirərək günümüzə qədər gələ bilməyi bacarırlar. Yalnız yağdan edilən bu ilk şamlar, çox qısa müddətdə ömürlərini istehlak edirlər və olduqca pis iy verirdilər. Şəkillərdəki şamlar isə çox fərqlidirlər. Bu şamlar bir növ yanıcı yığın şəklində idi. Roma dövründə isə şamlar bizim bu gün də istifadə etdiyimiz ortasında bir fitil olan, silindirik və uzun şəkilli hala gətirilir. Bu şamlarda fitil olaraq da kətan və pambıq lifləri istifadə edilirdi. Ən köhnə Çin və Yapon şamları, düyü kağızlardan hazırlanır. Bu şamlarda xam maddə olaraq yenə əridilmiş  yağ və müxtəlif toxumlar istifadə edilirdi. Ortadakı fitilsə düyü saplarından edilən kağızların qıvrılmasıyla əldə edilirdi. Hindistanda heyvanları öldürmək günah olduğu üçün, şamlar darçın ağacının qaynadılmasıyla əldə edilən yağdan edilirdi. Şimal ölkələrində isə, qaz ördək kimi quşlar ovlanaraq qurudulur, daha sonra boğazlarından bir çubuq soxularaq şam olaraq istifadə edilirdi. Şimali Amerikada yaşayan Qırmızıdərililər də şamları ayı və maral yağından edirdilər.

Şam haqqında olan qısa məlumatdan sonra sizlərə bir neçə şamlar təqdim edəcəm. Buyurun bəyəndiklərinizi bizimlə bölüşün.

 

Şamlar


Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar

Şamlar



Şamlar

Şamlar

Şamlar

18 iyul 2011
GO BACK