Dəbli geyinmək,yoxsa zövqlü? düşündüklərim....
Moda elə bir aləmdir ki, insani çirkinleşdirə də bilər, gözəlləşdirə də…
Amma zövqlü geyim isə hər vaxt insanda musbət enerji, xoş hisslər yaradar… Çox insanın fikirlərinə görə moda, dəb onun özünə nə yaraşırsa onu geyinib ortalığa çıxartmasıdır.
Əslində bu belədir, ancaq nəzərə çatdıracaq çoxlu detallar var ki, onların beziləri haqqında məlumat vermək istəyərdim
Düşünsək ki, hər il dəb yenilikləri olar və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verər. .Eger bir insana yaraşan rəng yaşıldırsa,modaya uyğun qırmızı geyinir hələ stili demirem,uuyğunsuzluq bir tərəfə gülüş hədəfinə çevrilmək narahatçılıq törədir..bunun üçün nə etməli? modanın axarına düşüb gülünc vəziyyətə düşməkmi, yoxsa..
Birinci növbədə insana öz geyimiylə bütün sahib olduğu titullardan tutmuş ən xırda detalacan özünü gosdərə bilər, əhval ruhiyyəsini, xarakterini elə qeyd edəm ki, rənglərin psixologiyası hər insanin konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır.
Bəs nə etmək olar ki, həm dəbli,həm də zövqlü olsun ,geyim üslubları çoxdur klassik, idman və s…
Bəzən deyərlər ki, filankəs həmişə eyni geyinir ..ona yaraşdığı üçün bu geyim tərzini tərk etmir,gərək dəyişikliyə meylli, açıq olasansa ki, ətraf aləmdə özünə qarşı yorgunluq, bezginlik hiss elətdirməyəsən..
Eger bir ilin dəbi göy rəngdirsə siz onu özünüzə uyğun rəngdə dəbdəki stillərdən birində tikdirə bilərsiniz əyər mövcud rəngdəki geyim klassik forması yaraşmırsa onu idman və digər tərzlərdə sınayıb sizə uyğun olub-olmadıgını yoxlaya bilərsiniz .Moda geniş məna daşıyır bu günlük mövcud olmayıb. .insan yaşama başladıgı gündən özümüzdə bilmədən inkişaf edib ,fealiyyət gösdərib buna isə moda tarixi araşdırmaları ilə öyrənmək olar..
Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Əslində bu belədir, ancaq nəzərə alınacaq çoxlu detallar var ki, onların bəziləri haqqında məlumat vermək istərdim. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa...
Birinci növbədə hər bir şəxs öz geyimiylə sahib olduğu əhval-ruhiyyəsini, xarakterini ən xırda detalacan nümayiş etdirə bilər. Qeyd edim ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.
Geyim tərzi çoxdur - klassik, idman və s. Bəzən deyirlər ki, filankəs həmişə eyni geyinir, ona yaraşdığı üçün bu geyim tərzini tərk etmir. Gərək dəyişikliyə meylli, açıq olasan ki, ətraf aləm sənə qarşı yorğun və bezici olmasın. Əgər ilin dəbi göy rəngdirsə, onu özünüzə uyğun olan rəngdə dəbdə olan stillə tikdirə bilərsiniz. Əgər sizə mövcud rəngdəki geyimin klassik forması yaraşmırsa, onu idman və digər tərzlərdə sınayaraq sizə uyğun olub-olmadıgını yoxlaya bilərsiniz.
Moda geniş məna daşıyır. İnsan yaşamağa başladıgı gündən özümüz də bilmədən inkişaf edib, fəaliyyət göstərib. Bunu isə moda tarixini araşdırmaqla öyrənmək olar.