Laplandiya – Nağıllar diyarı.
Yayın ən isti, günəşli günlərindən bir az uzaqlaşmaq istəyirsiz?!
Onda gəlin, nağıllar diyarı olan – Laplandiyaya səyahət edək.
Laplandiya, dörd ölkə - İsveç, Norveç, Finlandiya və Rusiya ölkələri tərəfindən bölüşdürülür. Yerli sakinləri saamlardı, hansılar ki, getdikcə azalırlar.
Saamlar qədim zamanlardan bəri oturaq həyat tərzi sürürlər, rahat, hər bir şəraiti olan evlərdə yaşayırlar, lakin xarici turistlər üçün xüsusi çadırları da var ki, orda Laplandiyaya məxsus kətələr bişirir, Laplandiyanın simvolu olan marallarla səyahətlər təşkil edirlər.
Laplandiya – uşaqlıqdan yeni ildə ən çox, səbirsizliklə gözlədiyimiz hədiyyələrin sahibi Şaxta babanın (Santa Klausun) məskəni sayılır.
P.S. Bu mövzunu seçərkən fikirləşdim ki, qışda yazaram, amma sonra qərara gədim ki, ən yaxşı indi yazım ki, bir az yayın yandırıcı istilərindən uzaqlaşaq