Qadin.NET / Aysberqlər haqqında

Aysberqlər haqqında

Çox hissəsi okean suyunun altında qalıb görünməyən və üzən,təhlükəli eyni zamanda əsrarəngiz buz kütləsi

Aysberqlər haqqında

Mütəmadi soyuq olan bölgələrdə qarın üst-üstə yağması nəticəsində yaranan qar dağlarından zamanla nəhəng buz kütlələri ayrılıb okeana düşür.Bu hadisə böyük gurultu və çalxalanmaya səbəb olur.Aysberqlər suda öz müvazinətini itirmədən üzə bilir.

Aysberqlər haqqında

Aysberqin ölçüsü bəzən çox böyük ola bilir.Belə ki,1956-cı ildə qeydə alınmış,Sakit okeanın cənubunda üzən aysbergin eni 97,uzunu 335 km olub ki,bu ölçü də (335x97=32.495) ermənistanın ərazisindən böyükdür.

Aysberqlər haqqında

Dəniz nəqliyyatı üçün böyük təhlükə olan aysberqin adı 1912-ci ildə elə ilk səfərindəcə okeanın dibinə qərq etdiyi "Titanic"lə qoşa çəkilir."görüşdən" 2 saat 40 dəqiqə sonra 2224 sərnişindən yalnız 711 nəfəri sağ qala bilmişdi.

Aysberqin rəngi adətən ağ-şəffaf olur.

Aysberqlər haqqında

Amma bəzən mavi rəngə çalan aysberqlərə də rast gəlmək mümkündür.

Aysberqlərin suyu çox şirin olur,su qıtlığı çəkən ölkələr buz parçaların vasitəsi ilə bu problemi həll etməyi planlaşdırırlar.

14 iyul 2011
GO BACK