Qadin.NET / Gözlər qəlbin aynası

Gözlər qəlbin aynası

Gözlərimiz sanki duyğularımızın aynasıdır...

Yalan danışan adam davamlı gözlərini qaçırarkən, səmimi olanlar qarşısındakının gözlərinin içinə baxaraq danışmaqdan qorxmur. 
 
Şifahi mesajlardan çox bədən dilimik bizi ələ verir. Xüsusilə gözlər, gerçək duyğularımızı qarşımızdakına bildirmədə çox təsirlidir. Aralıq dənizi Universiteti Mediko İctimai Prixoloji Məsləhətləşmə və Rəhbərlik Məsulu Klinika Psixoloq Əlif Yazar, qarşısındakı adamdan gözlərini qaçıraraq danışmanın, güvən əksikliyi ya da qarşıdakı adamın üstünlüyünü qəbul etmə olaraq şərh olunduğunu ifadə edir. 

Güvən əlaməti 
Əlif Yazar, bədənin duruşunun da çox əhəmiyyətli olduğuna toxunaraq, "Birini birbaşa olaraq qarşımıza alaraq danışmaq,söhbət etmək ona önəm verdiyimizi göstərər. Qarşınızda bir neçə adam varsa və birinə kürəyinizi dönsəniz, o adama əhəmiyyət vermədiyiniz mənasına gəlir. Dik dayanmaq və qarşımızdakı adam ilə dik olaraq danışmaq etibarlı bir insan olduğunuz təəssüratını verər" deyir. 
 
Əli yumruq halına gətirərək danışmaq güc göstəricisi olaraq qəbul edilir. Əlin, barmaqların davamlı olaraq saçlara, burna toxunması isə narahatlıq və yalan əlamətidir... Yazar, "Ümumiyyətlə yalan danışan insanların əl qol hərəkətliliyi azalarkən, əl yelləmə hərəkətləri artar. Burun və ağızı bağlama kimi hərəkətlərin artdığı gözlənər. Yalan danışan kəslər, oturduğu yerdə davamlı tərpənər. Hərəkətliliyi artar. Bu da adamın olduğu yerdən bir an əvvəl uzaqlaşma istəyini göstərər" deyir. 

Geyim də insani ələ verir. 
Davamlı kostyum geyən insanlar ciddi olduğunu qarşısındakı kəslərə də ciddiyətini göstərmək istədiyini vurğulayır. Davamlı idman geyinənlər isə rahat və dəyişməyə açıq olduğunu ifadə edir. Geyim adamın zövqünü, mal varlığını, aid olduğu qrupu və dəyərləri ortaya qoyur. Qol düymələri, marka etiketləri, istifadə edilən hər cür aksesuar adamın kim olduğunu və ya kim olmaq istədiyini ifadə edir.
 






2 avqust 2011
GO BACK