41 yaşındakı Semra Ünal yoldaşı və 3 uşağı ilə Türkiyənin Aydın şəhərinin Kuyucak bölgəsində yaşayır.
Semra Ünal uşaqlığından bəri tarla işlərini sevmədiyini, yoldaşı ilə evləndikdən sonra fermerliyə başladığını söyləyir.
O gündən bəri də "Daha fərqli nə edə bilərik" deyə düşündüyünü dedi.
Semra yoldaşının yol kənarında satdığı əncirlərdən artıq qalanların zibilliyə atılmaması üçün onları qurutmağı yoxladı
Müxtəlif təcrübələr nəticəsində günəşdə qurutduqları dilimlənmiş əncirləri cips kimi ləzzətli olduğunun fərqinə varmış.
Məhəllədəki qonşularına və yaxınlarına da təklif edən və çox müsbət sözlər eşidən Semra Ünal İstanbul Universitetində oxuyan qızı Gizəmdən kömək istədi.
Qızı ilə birlikdə "Cənnətdən Gələn Dadlar" adı ilə hazırladıqları layihə ilə Qida, Kənd təsərüfatı və Maldarlıq Nazirliyindən Fermer Lahiyəsinə baş vurdular və 30 bin TL qrant aldılar.
Qızının da dəstəyi ilə işini böyüdən Semra Ünal keçən il kiloqramı 25 TL-dən 400 kq əncir satmağı bacardı.
Əncir cipsləri internet vasitəsi ilə satılır.