İngilis yazıçısı J.K. Rowling tərəfindən qələmə alınan Harry Potter həm romanları ilə, həm də filmləri ilə böyük maraq topladı və ən çox danışılanlar arasında yer aldı.
Bu uğur, yazaçının yaratdığı dünyanın ən yaxşı şəkildə köçürülməsi ilə birlikdə filmdə də özünü göstərdi və hekayədəki məkanlar bir çox insanın marağına səbəb oldu.
Harry Potter dünyasını maraqla təqib edənlərin ən çox sevdiyi məkanlardan biri olan De Vere House, yəni Harry Potterin doğulduğu ev, keçən günlərdə satışa çıxarıldı.
İngiltərənin Lavenham qəsəbəsində yerləşən De Vere House adlı ev, Harry Potterin heyranları üçün olduqca böyük bir əhəmiyyətə sahibdir.
Çünki hekayənin başında Harry Potter hələ kiçik bir uşaq ikən və ailəsi Voldemort tərəfindən öldürülməmişdən əvvəl bu evdə yaşayırdılar.
Altı otağı və dört hamamı olan Harry Potter evinə verilən qiymət 1,3 milyon dollar dəyərindədir.