Online alış-verişi asanlaşdırmaq məqsədilə virtual geyinmə otağı sayılan fits.me saytı robot manekenlərdən istifadəyə başlayıb. Bu ideya ilk dəfə kişilər üçün nəzərdə tutulmuş virtual mağazalarda sınaqdan keçirilmişdir. Bu yaxınlarda isə sistem xanımların da istifadəsinə verilmişdir. Robot manekenin süni əzələlərinin köməyilə onun ölçülərini öz ölçünüzə uyğun olaraq dəyişdirə bilərsiniz. Nəticədə almaq istədiyiniz geyimin sizə necə yaraşacağını öncədən müəyyən etmiş olacaqsınız.
Son zamanlar virtual mağazalara olan marağın artdığını nəzərə alaraq demək olar ki, robot maneken geyim alış-verişində vaxta qənaət etməklə daha düzgün seçim etməkdə müştərilərə kömək olacaq.