Yuri Alekseyev, beş il Moskvada hüquqşünaslıq edərkən bir qərar qəbul edir və peşəsini ataraq təbiətə üz tutur.
Yeraltında sadəcə özünün yerləşə biləcəyi boyda ev inşa edir.
Təbiətlə, kitablarla və dovşanı Petruşka ilə yeni bir həyat quran Alekseyev, hər kəsi təəccübləndirən bu radikal qərarı ilə bağlı bunları söyləyir:
"Küçədə qalmış biri kimi yaşamağa başladım və evsiz olduğumu düşündüm. Mənim kimi bir çox evsiz olmasına rəğmən, evsiz olduqlarını qəbul etmirlər. Moskvada 100 min evsiz yaşayır. Başlarının üstündə bir dam olması üçün gündə 8 saat işləyənlər də bir cür evsizdilər. Bir evi kirayələyib orada yaşayırlar, mən də belə idim. Buna görə də özümə "Bir evimin olması üçün səndə evsizsən" dedim."
Alekseyevin inşa etdiyi ev, Hobbit evlərini xatırlatdığı üçün özünü Hobbit adlandırır.
Şəkillərdən də göründüyü kimi Alekseyev və sevimli dovşanı Petruşka, sahib olduqları həyatdan bir xeyli məmnundurlar.
Yaşadığı bu evdə də əsərlərlə bağlı dərslər verir.