Qadin.NET / Ən bahalı yataq dəsti

Ən bahalı yataq dəsti

 

Ən bahalı yataq dəsti

Rahat yatmaq üçün müvafiq yataq şəraiti, o cümlədən əla yorğan-döşək üzü lazımdır.

Artıq istehsalçılar çoxdan insanın dərisinə nəfəs almağa imkan verən, allerqiya yaratmayan və orqanizmə tam rahatlanmağa kömək edən belə məhsullar əldə etmək üçün müasir texnologiyalardan istifadə edirlər.

 

Ən bahalı yataq dəsti

 

 

 Britaniyanın Charlotte Thomas Bespoke şirkəti bir az da irəli gedərək dünyada yataq dəsti üçün ən bahalı üz hesab edilən məhsul istehsal edir. Bu şirkətin istehsal etdiyi təkcə yastıq üzü alıcıya 2 500 ABŞ dollarına başa gəlir. Bütün dəst isə 10 min dollaradır.

 Qiymətin həddən artıq yüksək olduğunu nəzərə alaraq şirkət belə məhsulları yalnız sifariş əsasında hazırlayır. Yeri gəlmişkən, sifarişlər kifayət qədərdir. Axı varlı insanların çoxu maksimum dərəcədə rahat yatmaq üçün istənilən qədər pul ödəməyə hazırdırlar.

 

Ən bahalı yataq dəsti

 

Qeyd edək ki, Charlotte Thomas Bespoke-nın bütün məhsulları merinos qoyunların yunundan istifadə edilməklə əl əməyi əsasında hazırlanır. Bahalı yataq dəsti üzü üçün digər materiallardan da istifadə olunur. Məsələn, döşək ağı Misir pambığından tikilir, hər bir yorğan üzü isə ipəklə haşiyələnir. Bütün bunlar məhsulun uzun müddət öz keyfiyyətini qoruyub saxlamasına, hətta uşaqlarda allergik reaksiyaların yaranmamasına imkan verir.

 

 

 

Dekor üçün isə 22 karatlıq qızıl saplardan istifadə edilir. Bütün yataq dəstinin dizaynı alıcı ilə əvvəlcədən razılaşdırılır. Nəticədə komplekt unikal alınır. Belə məhsulu əldə etmək üçün bəzi zəngin insanlar həftələrlə, hətta aylarla gözləməli olurlar. Zarafat deyil, axı bundan bahalısı yoxdur...

 

Yusif Nəsirli

13 avqust 2017
GO BACK