"Kaş ki, atamı dinləsəydim. Nə narkotika hadisəsi başıma gələrdi, nədə qəza..."
Kenan Kalav etiraf edir
Mardinli zəngin bir ata ilə, Alman bir ananın oğlu olaraq açdı gözlərini dünyaya. Atası tanınmış bir tibb professoru, anası isə Alman cəmiyyətinin ziyalı adlarından idi. Kalavın gözəl bir həyat qurması üçün çox yaxşı imkanları var idi. Alman litseyinin ardından, Marmara Üniversiteti Basın Yayın Yüksek Okulu'nu qazandı. Amma jurnalistikaya deyil, tam başqa bir dünyaya addım atmağa qərar verdi. Qısa müddətdə Yeşilçam tərəfindən kəşf edilincə, universiteti tamamilə unutdu. Gənç yaşında rekord sayılacaq filmdə oynadı. Hər şey əla gedirdi. Pul, şöhrət, hər bir şey var idi. Atasının bütün məsləhətlərinə qulaq asmaması yəqin ki, bundan idi.
6 il heç işıq görmədi...
Pul ve şöhrət ən nankor iki dostdur. Bu iki şey onu, Avropa səyahətində, tək başına 8 metrəlik bir hücrədə, tam olaraq 6 il 28 gün boyunca yalnız buraxdı. Kalavın səhv bir dost seçimi, onun 6 il həpsinə səbəb oldu. Tətilə gedərkən bir dostunun da onunla birliktə İspaniyaya gəlmək istəmiş, o da "Yaxşı" demişdi. Hardan ağlına gelerdi ki, dostu sayılan bu adam özü ilə, 3.5 kilo narkotika keçirmək istəyəcəyini. Üstəlik bu təhlükəli işi edecek nə təcrübə, nə də zəkaya sahib biri deyildi, yanındakı adam. Həm özünü ələ verdi, həm də Kenan Kalavı bu işini içinə qatdı. Kalav, 6 il 28 gün hücrədə toplam 10 il heç layiq olmadığı bir cəzanı yaşadı. Hələdə onun adının önündə "narkotik qaçaqçısı" adı hallanmaqda davam edir ve bu ləkə onun yol yoldaşıdır. Bu arzulanmaz hadisəyə görə, 14 yaşlı oğlunun anası onu tərk etdi, eyni zamanda film yapımçıları da qapıları onun üzüne bağladılar ve beləcə karyerası məhv oldu Kenan Kalavın ...
22 dəfə əməliyyat olundu
Bu qədər uğursuzluqlar bitməmiş, şansızlıqlar da onun yaxasını buraxmadı. Həbs müddəti bitdikdən sonra, işlərini nizama salmağa başlamışdı. Bir serial çəkilişlərinə başladığı zaman çox ağır bir avtomobil qəzası keçirir. Ayağının üçde birini az qala itirəcəkdi. 6 ay boyunca 22 əməliyyat keçirməli oldu. Kalav, bir neçə yaxın dostlarından ve anasından savayı heç kəsdən dəstək almır.
O, hələdə ayaqda durmağı bacarır. Hal-hazırda İspaniyada restoranları ve bir disko klubu var. İlin çox hissəsini İspaniyada biznesini idare etməklə məşğuldur. Türkiyəyə isə film çəkilişləri olduğu zaman dönür. Tək arzusu taleyin ona bundan artıq haqsızlıq etməməsidir. Kalav uğursuz ve bəxtsiz bir həyat yaşadığını düşünə bilər, amma bütün bunlara rəğmən o, 1980 cı illərin əfsanələrindəndir. "Çalıkuşu" filminin unudulmaz ve sevimli Kamran beyi olaraq hafizelerde qalacağı günahsız bir aktyorudur ...
Araşdırma: Vasif Ayan