Adi dəmiryol qatarını saraya çevirmək mümkündürmü?
Cənubi Amerikada bu yay üçün "Belmond Andean Explorer" adlı ekspress qatar istifadəyə verilib. Səyahətçilərdə unudulmaz xatirələr buraxacağına şübhə yoxdur.
Bu qatarın ərsəyə gəlməsi üçün 10 milyon dollar pul xərclənib. Cəmi 24 kupesi var. Hərəsinin də öz gözəlliyi... Sərnişinlərə 50 nəfərə yaxın xidmətçi qulluq edir.
Yeri gəlmişkən, bu ecazkar qatara ən ucuz bilet 1400 dollardır.