1. Qaşın altındakı xal
Qaşının altında xal olan insanlar lider ruhlu və sözü eşidilən bir xarekterə sahib olarlar. Asanlıqla ətraf yığa bilirlər və insanların diqqətini öz üzərlərinə cəmləyə bililər. Konkretliyi sevən insanlardır.
2. Gicgahda olan xal
Gicgahda xalı olan insanların səyahətçi olma ehtimalları yüksəkdir. Bu insanlar dünyanı gəzməyi sevirlər. Siz gəzmək üçün yaradılmısınız.
3. Almacıq sümüyündə olan xal
Bu xala sahib insanlar uğur əldə etmək üçün hər yola baş vurarlar. Adətən uğur qazana bilirlər. Tutduğunu qoparan xarekterləri var. Liderlilik qabiliyyətləri güclüdür. Kütləni idarə etməkdə, ideyalarını reallaşdırmaqda bacarıqlıdırlar.
4. Ayağın altında olan xal
Ayağın altında xalı olan insanlar yemək hazırlamaqda xüsusi bacarığa malikdirlər. Yeniliklər kəşf etməkdən xoşları gəlir. Ətrafındakı insanlara yaxşı mənada təsir edəcək enerjiyə malikdirlər.
5. Dodağın üstündə olan xal
Dodağının üstündə xalı olan insanlar daxil olduqları məclislərdə o dəqiqə diqqətləri üzərinə çəkməyi bacarırlar. Məşhur olmaq ehtimalları yüksəkdir. Adətən əyləncəli və dostlarının sevdiyi insanlar olurlar.
6. Ovuc içində olan xal
Bu cür xala sahib insanların varlı olma ehtimalı yüksəkdir. Maddi istiqamətdə güclüdürlər. Məntiqləri duyğulardan güclüdür. İntizamlı və çalışqandılar.