Qadin.NET / Doğru bildiyiniz 7 səhv vərdiş

Doğru bildiyiniz 7 səhv vərdiş

Hər gün duş alırsınız? Dişlərinizi fırçaladıqdan sonra suyla çalxalayırsınız? Doğru bildiyiniz vərdişlər əslində zərərli ola bilər.

Səhv 1: Hər gün duş almaq
Doğru bildiyiniz 7 səhv vərdiş
 Həddən artıq isti su və ətirli sabunlar dərinin yağ tarazlığını pozur və quruluq, dəri tökülmələri kimi problemlərin yaranmasına gətirib çıxarır‘Bir çox insan həddən artıq yuyunur’ - deyən mütəxəssislər hər gün duş almaq istəyənlərə kimyəvi şampun, sabun, həddindən artıq isti suyun əvəzinə dərini qurutmayan sabunsuz duş gelləri, bədən kremi, tərkibində parafin olan yağlar və ilıq sudan istifadə etməyi məsləhət görürlər.
 Səhv 2: Gündə 8 saat yatmaq

Doğru bildiyiniz 7 səhv vərdiş 

 

 Loughborough Universiteti Yuxu Araşdırmaları Mərkəzinin professoru Jim Horne hər gecə ən azı 8 saat yatmanın yorğunluğa səbəb ola biləcəyini ifadə edib. O, hissələrə ayrılmış yuxunun  daha faydalı olduğu bildirilib. Buna görə də hər 4 saatdan bir 15 dəqiqəlik yuxulama gecə 1 saatlıq yuxuya əvəzdir. Yüz illər öncə bölməklə yatmanın adi bir şey olduğunu vurğulayan professor Jim Horne bildirib: "Günortadan sonra 2 saat yatmaq insanların ailələri, yoldaşları ilə daha canlı əlaqələr qurmasını təmin edir. Gecə yarısına doğru yatanlar 3 saat sonra yenidən qalxıb bir neçə saat sonra 4 saat daha yatdıqları zaman daha gümrah olurlar. Bu tərz tənzimləmə ilə gündə 7 saat yuxu kafi olur. Gecə yarısı oyanıb yata bilməmə yuxunun keyfiyyətini aşağı salaraq, zərərli ola bilər. Məsələn, gecə 03.00-də oyandınız, narahat uzanır və yata bilmirsiniz. Beyninizi rahatlaşdırmaq üçün kitab oxumaq yaxşı olar. Bədəniniz yatmağa hazır olması siqnallarını verdiyi zaman təkrar yatın".

Səhv 3: Dişləri fırçaladıqdan sonra həddən artıq suyla çalxalamaq
Doğru bildiyiniz 7 səhv vərdiş
 Diş həkimi Dr. Phil Stemmer dişlərinizi fırçaladıqdan sonra suyla çalxalamağı təklif edir. Ancaq həddindən artıq çalxalama diş pastasının qoruma təsirini azaldır. Dr. Stemmer bildirib: "Dişlərinizi fırçaladıqdan sonra ən azı yarım saat içki içməyin. Bunu ilk başda edə bilməsəniz də sonradan tez alışacaqsınız. Mən dişlərimi fırçalayarkən fırçamı islatmıram. Diş pastasını quru fırçaya sıxıram və fırçalamağa başlayıram. Ağzımızda kifayət qədər ağız suyu var. Ayrıca, dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın. Ən azı yarım saat gözləyin. Dərhal fırçalasanız, qida turşuları və şəkər dişlərinizin dərinliklərinə yerləşər. Ən yaxşısı, dişlərinizi yeməkdən əvvəl fırçalamaq və spirtsiz ağız təmizləyiciləri ilə bu təsiri təzələməkdir".

Səhv 4: Unitazdan istifadə etmək
Doğru bildiyiniz 7 səhv vərdiş
 Araşdırmalara görə, müasir tualetlər sağlamlığımız üçün zərərlidir.  Çömələrək oturmaq daha az gücənmə tələb edir. İsrailli elm adamlarının həzm sistemi problemləri üzrə apardıqları araşdırmaya görə, tualetdə çöməlmək bağırsaq xəstəlikləri riskini azaltdığı üçün daha faydalıdır. Mütəxəssislər bu cür problemlərlə qarşılaşmamaq üçün yerdən olan tualetlərdən istifadə edilməsini təklif edir.

 Səhv 5: Təmizlik işləri görmək

 

Doğru bildiyiniz 7 səhv vərdiş

Bu ilin əvvəlində nəşr olunan araşdırmaya görə, ev işləri görməyin əslində sağlamlığa mənfi təsir edə biləcəyi açıqlandı. Amerikada işləyən 100 qadın və kişi üzərində aparılan araşdırmada işdən sonra dərhal evə gedənlərin təzyiqlərinin digərlərinə görə daha yüksək olduğu təyin edilib. Bunun səbəbinin evdə onları gözləyən yemək bişirmə, təmizlik və alver kimi işlər olduğu aşkarlanıb. Bu stress sağlamlığa zərər verməklə yanaşı, ev təmizləmə məhsulları da astma riskini artırır. İspaniyada aparılan bir araşdırmaya görə, həftədə bir dəfə istifadə edilən təmizlik spreyləri və otaq qoxuları hər 7 yetkin şəxsdən birində astmaya səbəb olur.

Səhv 6: Səhv nəfəs almaq

Doğru bildiyiniz 7 səhv vərdiş

 

Yaşlandıqca daha səmərəsiz nəfəs alıb-verməyə başlayırıq. Amma siz doğru nəfəs alıb-verməyi təkrar geri qazana bilərsiniz.

Psixoterapevt və Stress Rəhbərliyi Dərnəyinin direktoru Neil Shah bir nəfərdən dərin nəfəs almasnıı istəndiyi zaman səhv olaraq sinəsini şişirəcəyini ifadə edir. Neil Shah qeyd edir: "Körpələr ağciyərlərin bütün tutumundan istifadə edir. Böyüdükcə ağciyərlərimizdən daha səmərəsiz istifadə edirik. Bu, ciyərlərimizdəki köhnə havanın ciyərimizin dərinlərində hələ qaldığı mənasını verir. Yəni təzə hava ciyərlərimizin altına qədər enə bilmir. Ancaq ağciyərlərimizin alt qismi ən isti və sıx qan damarlarını ehtiva edir. Qan damarlarına oksigen daşınması və qaz dəyişməsi üçün bu qismə oksigenin çatması əhəmiyyətlidir. Dərin nəfəs alın. Göbək və onurganızın arasında şişirmə bir top olduğunu düşünün. Nəfəs alıb vermə nizamlı və ritmik olmalıdır. Bir dəqiqədə 12-20 nəfəs alıb-verin. Nəfəs aldıqdan sonra nəfəs verərkən az bir müddət gözləyin. Bir neçə gün nəfəs məşqlərinizi təkrarlayın. Zamanla vərdiş halına gələcək, stress kimi problemlərin aradan qaldırılmasına da kömək edəcək".

Səhv 7: Axşam yeməyindən sonra rahatlanmaq

Doğru bildiyiniz 7 səhv vərdiş 

 

 Yeməkdən sonra heç bir şey etmədən düz yatağa gedirsinizsə, çəkinizi artıra bilərsiniz. Cambridge Universiteti Bəslənmə mütəxəssisi Claire MacEvilly bildirir: "Axşam saat 8-də və ya 9-da yemek yedikdən sonra 20 dəqiqə yerisəniz, kilo almazsınız. Çəkinin heç artmamasının yolu isə rahat bir məşq sonrası yüngül yeməkləri az-az və tez-tez yeməkdən keçir".

25 avqust 2011
GO BACK