Qadin.NET / Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz

Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz

 

Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz

Artıq 8 aydır ki, tale məni telekommunikasiya sahəsində fəaliyyət göstərməyə istiqamətləndirib. Ölkəmizin və eyni zamanda dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən prespektivli və özünəməxsus sektorlardan sayılan telekommunikasiya sektoru müasir informasiya cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Biz artıq həyatımızı mobil telefonsuz, internetsiz və digər əlaqə növlərisiz təsəvvür edə bilmirik. Bütün bu müasir infrastruktur bizə şəxsi və iş həyatımızın uğurlu olmasında bir çox zəruri şəraiti yaratmaqda ən böyük yardımı edir. Odur ki, gəlin telekkomunikasiya sektorunun timsalında ümumiyyətlə kommunikasiya tarixinə qısaca nəzər salaq və müasir cəmiyyətimizlə analogiya yaradaq.

Bəşər övladı şüurunu təkamül etdirdikcə ətrafı ilə, keçmişi və gələcəyi ilə əlaqə yaratmağı özü üçün ən əsas məqsədlərdən birisinə çevirmişdir. Bir çox əlaqə vasitələri öz maraqlı inkişaf yolunu keçib günümüzə qədər gəlsə də, sırf kommunikasiya vasitəsi kimi tüstü və təbil ən qədim kommunikasiya vasitələrindən sayılır. Tüstü siqnalları əsasən Şimali Amerika (yerli aborigenlər) və Çində, həm mülki, həm də hərbi həyatda istifadə olunurdu. Bəlkə bu haqda ötəri olaraq hansısa vestern janrlı filmdə və ya hansısa cizgi filmində rast gəlmisiniz. Təbil isə kommunikasiyanın ritmik üslubda yaradılmasında rol oynayan vasitə olub. Əsasən Cənubi Amerika, Yeni Qvineya və Cənubi Amerikada geniş istifadə miqyasına sahib olub. Əslində həm tüstü, həm də təbil ritmik və öncədən qəbul olunan mənanı ifadə edən simvoliklikləri ilə qarşı tərəfə müəyyən əlaqənin ötürülməsini hədəfləyirdir.


Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz

Qədimliyi ilə sayılıb seçilən kommunikasiya vasitələrinə qədim Yunanıstanda kəş olunan hiravlik semafor sistemləri də nümunə vermək olar. Hidravlik semaforlar su ilə dolan borular və vizual teleqraf rolunu oynayırdı. Eramızdan əvvəl dördüncü əsrdə istifadə olunan bu telekommunikasiya üsulu olduqca məhdud məlumatların ötürülməsinə imkan verirdi.

İnsanlar yaşadıqları coğrafi məkanın xüsusiyyətlərinə (dağlıq, meşəlik ərazi, çay kənarı, düzənlik, səhra, yarım-səhra landşaftı və s.) uyğun olaraq zəruri kommunikasiya vasitələri axtarıb tapmaq üçün hər daima çalışmışlar. Məsələn, dağlıq ərazilərdə qonşu kəndlər, yaxud da yaşayış ərazilə arasında əlaqə yaratmaqda qoyun sürülərinin müəyyən rolu olub. Məsələn, qoyun sürüsünün müəyyən düzülüşa forması və yaxud da tərkibindəki qoyun-quzunun rəng nisbəti "Düşmən yaxınlaşır" tipli çətin olmayan ismarıcların ötürülməsində istifadə olunub. Eyni zamanda müəyyən yaşayış məskənlərindən müxtəlif məqsədlər üçün tikilən mayaklar da telekommunikasiyada iştirak edən ən mühüm iştirakçılardan olmuşalr.

Telekommunikasiya tarixində uğursuz start götürən, lakin olduqca inqilabi xarakter daşıyan elektrikli kommunikasiya vasitələri 1726-cı ildən Laplas, Amper və Qaus kimi məşhur elm adamarının təcrübə-sınaq tipli fəaliyyətləri ilə başladı. Telekommunikasiyanın bu keşməkeşli tarixi ilə əlaqədar boğazımızı və təsəvvürümüzü yoracaq mürəkkəb avropa mənşəli ixtiraçı və təvrübəçilərinin adlarını sadalamadan onu demək istərdim ki, ilkin təcrübələr elektro-kimyəvi müstəvidə latın hərflərinin məsafədən ötürülməsini hədəfləyən mahiyyətə malik olmuşdur. Belə ki, bir neçə kilometrə ötürülən ismarıc hər iki tərəfdə də şüşə boru vasitəsi ilə oxuna bilirdi. Bu yöntəm özünün bahalı xüsusiyyəti ilə doğrultmadı.

Teleqraf xətləri olduqca böyük sürətlə dünyanı hörümçək toru kimi ağuşuna aldı. Telefon, telefon, radio, televiziya və peyk əlaqəsi artıq bizim üçün yenilik deyil. Sürətlə inkişaf edən telekommunikasiya sektoru özünü mobil rabitə və internetin timsalında təkmilləşdirməkdə davam edir. Bu inkişaf dünyanın müxtəlif ölkələrində müxtəlif sürətlə reallaşsa da, aradakı fərqlər də azalaraq davam edir. Artıq yüksəksürətli internet və mobil rabitə işıq sürətli məlumat mübadiləsini reallığı çevirib.

 

İbrahim Niftiyev

1 iyul 2017
GO BACK