Qadin.NET / Diktatorların fobiyası

Diktatorların fobiyası

Diktatorların fobiyası

Dünyada hamının təəccübləndirəcək, heyrətdə saxlayacaq bir çox qorxuları-fobiyaları var. Bütün fobiyalar şüuraltı proses kimi insanı hər zaman izləyir.

Bu cür qorxu növlərindən biri də aylurofobiya - pişikdən qorxma xəstəliyidir. Ətrafımızda, tanıdıqlarımız arasında bu cür insanları az görməmişik. Onlar bəziləri üçün çox sevimli olan bu ev heyvanlarını görən zaman, sanki, dəhşətə gəlirlər. Aylurofobların-pişikdən qorxan insanların reaksiyası bizlərə qəribə gəlsə də, onları da anlamaq lazımdır. Çünki bu cür insanların pişikləri gördükləri an verdikləri reaksiya- müdafiə mexanizmi şüursuz olaraq meydana gəlir.
Dünyanın bəzi nəhəng şəxsiyyətləri-sərkərdələri, diktatorları belə bu fobiyanın daşıyıcıları olublar. Orduları pərən-pərən salan, minlərlə insanın ölümünə səbəb olan diktatorların adi pişikdən qorxması həqiqətən də qəribədir.

Bu barədə bir neçə maraqlı faktı təqdim edirik:

 

Diktatorların fobiyası


Pişikdən qorxanlar

 

Dünyanın yarısını işğal edən Makedoniyalı İsgəndər, Roma İmperatorluğunun güclənməsinin əsas səbəbkarı olan Yuli Sezar, Fransa kralları III Henri, XIV Lüdovik, orta əsrlərdə Mərkəzi Asiyanın şəksiz lideri Çingiz xan, XX əsrə qan udduran diktatorlar Adolf Hitler, Benito Mussolini, Lavrenti Beriya da pişikdən qorxanlar sırasındadırlar.

 

Bu fobiyanın adını çəkdiyimiz sərkərdə, kral və diktatorlarda yaranmasının hamısının oxşar səbəbi var. Bu səbəb konkret olaraq uşaqlıq yaddaşı ilə bağlıdır. Uşaq ikən insana vurulan fiziki, mənəvi zərbələr, psixoloji sarsıntılar hər zaman onu izləyir. İnsan ona əzab verən şüuraltı proseslərdən xilas ola bilmir. Məsələn, Fransa imperatoru Napoleon Bonapart 6 aylıq çağa olan vaxtında dayəsi hərdən onu evdə tək qoyarmış. Bu zaman evdə olan iki pişik altı aylıq uşağa tərəf gələr və obnunla oynayarmışlar. Təbii ki, 6 aylıq uşaq bu zaman psixoloji sarsıntı keçirib və bu onda patoloji fobiyaya çevrilib. Düşmən qılıncından, silahından zərrə qədər qorxmayan Napoleonun pişik görən kimi halı dəyişərmiş. Onun bu zəif damarından düşmən tərəf cəmi bir dəfə istifadə edir. İngilis komandan qoşunun bir hissəsinə 70 pişik əlavə edərək Napoleonun üzərinə göndərir. Məşhur sərkərdəyə bu üsulla psixoloji basqı edilir və o ağır durumdan çıxmaqda çətinlik çəkir. Beləliklə, ingilis ordusu pişiklərin sayəsində Napoleona qalib gəlir.

XX əsrin ən qəddar simalarından olan Hitler də pişikdən qorxub. Bir neçə il bundan qabaq İngiltərədə müşahidə olunan hadisə isə Hitlerlə pişiklərin qəribə əlaqələrini bir daha üzə çıxarır. İngiltərənin Kempston qəsəbəsindəki heyvan sığınacağında yaşayan 6 həftəlik pişik balası faşist lideri Hitlerə bənzəyir və "Hitler salamı" verə bilir. Ancaq sığınacaq rəsmilərinin "Hitler" deyə çağırdığı pişik bu xüsusiyyətinə görə özünə ev tapmaqda çətinlik çəkir. Sığınacağın sahibi Dara Dundon "Hər il təxminən 5 min 500 heyvana ev tapırıq, ancaq Hitlerə hələ ev tapa bilmirik'' ,- deyərək, bu qəribə pişikdən narazılıq edib.

Adolf Hitler isə ömrü boyu pişiklərdən qaçıb.

28 iyun 2017
GO BACK