Qadin.NET / Musiqi ifa edən prezidentlər: Obamadan Nazarbayevədək....

Musiqi ifa edən prezidentlər: Obamadan Nazarbayevədək....

Ötən əsrin son ilində Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov şəxsən özünün bəstələdiyi mahnını ifa etməklə bir daha hər kəsi heyrətləndirib.

 Ölkədə Yeni ilin gəlişini qeyd etməzdən bir gün əvvəl Türkmənistanın Ticaət və Sənaye palatasında dövlət rəsmilərinin övladları və nəvələri üçün bayram şənliyi təşkil edilmişdir. Berdiməhəmmədov da bu şənlikdə öz nəvələri ilə birlikdə Castin Timberleykin mahnısını ifa edib.

 

 "Xalq lideri" artıq neçənci dəfəfir ki, məlahətli səsi, gitarada ifası və eyni zamanda DJ-lik məharəti ilə Türkmənistan xalqını sözün əsl mənasında təəccübləndirir. Ötən il "İrəli! İrəli! Yalnız irəli! Sevimli vətənim Türkmənistan!" mahnısını ifa etməklə "Ginnes" rekordlar kitabına düşüb. Belə ki, bu mahnını eyni anda 4 min 166 nəfər ifa edib.

 

 Onu da qeyd edim ki, Berdiməhəmmədov müsiqi istedadı, musiqi duyumu olan yeganə prezident deyil. Qırğızıstan lideri Almazbek Atambaev də beş mahnı yazmaqla ondan heç də geri qalmır. Atambaev dəfələrlə qeyd edir ki, 2017-ci il prezident seçkilərindən sonra siyasətdən uzaqlaşaraq özünü və bütün boş vaxtını yalnız və yalnız yaradıcılığa həsr edəcək. Ötən il sosial şəbəkələrdə Atambaevin ifasında "Taleyə inad" adlı mahnısı hər kəsin diqqətini çəkmişdi.

Öz musiqi istedadını Qazaxıstan prezidenti Nursultan Nazarbayev də numayiş etdirib. O dombra müsiqi alətində mükəmməl ifa etməklə mahnı oxuyur. Eyni zamanda qeyd edim ki, Nursultan Nazarbayev dövlət himninin həmmüəllifi və bir neçə mahnının bəstəkarıdır.

 

Rusiya prezidenti Vladimr Putin də royalda ifa etməyi bacarır. Uşaq onkoloji xəstəliklərinin müalicəsi üçün təşkil edilmiş xeyriyyə gecəsində Putinin tamamilə gözlənilməz ifası hər kəsin yaddaşında dərin iz buraxdı.

Amerika Birləşmiş Ştatının eks prezidenti və eyni zamanda prezidentliyə namizədliyini irəli sürmüş Hilari Klintonun həyat yoldaşı Bill Klinton uşaqlıqdan musiqiçi olmaq istəyirdi. Hətta 1993-cü ildə öz qonaqlarını saksafondakı ifası ilə sevindirirdi.

 

 

Amerika Birləşmiş Ştatlarının eks prezidenti Barak Obama vaxtaşırı əlinə mikrafon götürüb mahnı ifa edir. Belə görünür ki, bir ay sonra musiqi ilə daha rahat məşğul olmaq fürsəti olacaq.

 


12 iyun 2017
GO BACK