Qadin.NET / Başqalarının təsiri

Başqalarının təsiri

 

 

Başqalarının təsiri

 

 

1961-ci ildə amerikalı professor Aş bir otağa yeddi nəfər yığır. Onlara elan edir ki,həqiqəti qavrama barədə onlar üzərində təcrübə aparılacaqdır. Əslində isə sınağa çəkilən adam bir nəfər olur. Yerdə qalan altı nəfər isə professorun köməkçiləri olur. Onların da vəzifəsi həmin bir nəfəri çaşqınlığa salmaq idi.

Divrada iki xətt çəkilmişdi. Bu xətlərdən birinin uzunluğu 25, digəri isə 30 sm. idi. Xətlər paralel çəkilmişdi. Belə ki, uzunluğu 30 sm. olan xəttin uzunluğu 25 sm. olan xəttin uzunluğundan daha uzun olması açıq-aşkar görünürdü. Professor Aş otaqda olanlara sual verirdi ki, bu xətlərdən hansı biri daha uzundur. Öz köməkçilərindən olan 6 nəfər deyirdi ki, 25 sm. olan xətt daha uzundur. Sınağa çəkilən iştirakçı olan həmin bir nəfərlərin 60 faizi digər altı nəfərin dediyini - yəni 25 sm. olan xəttin daha uzun olduğunu təsdiq edirdi. Əgər hansısa biri 30 sm-lik xəttin daha uzun olmasını iddia etsəydi, digər altı nəfər onu ələ salır, lağa qoyurdu ki, bunun nəticəsində 30 faiz insan öz fikrindən dönür və çoxluğun sözünü təsdiq edirdi. Belə ki, bu təcrübə tələbə və müəllimlərin üzərində aparılmışdır. Hansılar ki, onların ağılsız olduğunu iddia etmək gülünc olardı. Nəticədə məlum olur ki, on nəfərdən doqquzunu əmin etmək olub ki, 25 sm-lik xətt 30 sm-lik xətdən daha uzundur.

 

 

Başqalarının təsiri

 

 

 

Təəccüblü olan budur ki, məsələnin əsli bəyan olduqda - yəni deyildikdə ki, ay bacım, qardaşım, bu bir eksperimentdir və altı nəfər professorun öz adamıdır, sınağa çəkilən adamların 10 faizi hələ də iddia edirdi ki, xeyr, elə 25 sm-lik xətt daha uzundur.

Səhvini boynuna alan adamlar isə bir sıra bəhanələr gətirirdilər ki, ay gözüm yaxşı görmədi və ya pis yerdə oturmuşdum.

 

Farid Abdullah

22 avqust 2018
GO BACK