Qoç
Qoç bürcü, bədənin baş hissəsini idarə etməkdədir. Bu səbəbələrdəndir ki, bu bürcdə doğulan insanlar sıx-sıx baş ağrısı çəkənlərdir. Bu bürcün insanları ümumilikdə enerjili bir təmələ sahibdirlər. Bu səbəblə qəzalara qarşı diqqətli olmaları lazımdır. Baş və üzləri qəzalardan ən çox zərər görən hissələridir. Baş ağrısı, miqren və yüksək qızdırma ən sıx görülən narahatlıqlarıdır. Sinir sisteminin təsir edildiyi vəziyyətlərdə, mədələri reaksiya verə bilir. Pis xəstədirlər; çünki həkim arxasını dönər-dönməz yataqdan çıxırlar.
Buğa
Buğa boyun və boğaz hissənin idarə edənləridir. Bu bürcə sahib olanlar soyuq dəyməyə tez tutulurlar. Troid səbəbi ilə tez çəki alırlar. Ayrıca ağır yeməklərə düşkünlükləri səbəbi ilə kökəlmək birinci problemləridir. Digər bürclərdən daha dözümlüdürlər.
Əkizlər
Əkizlər bürcü sinir sistemi, sinə, ağciyər və qolları idarə edir. Qol va körpücük sümüklərini qırma ehtimalları yüksəkdir. Soyuq dəymə bu bürcdə məşhur xəstəlikdir. Çox çətin kökəlirlər. Çox hərəkətli olduqları üçün həzm sistemləri yaxşı işləyir.
Xərçəng
Mədə və onikibarmaq bağırsağın idarə edənləridir. Həzmsizlik çəkib, xora olma ehtimalları yüksəkdir. Bu səbəblə qidalanmalarına xüsusi diqqət göstərmələri şərtdir. Xərçəng bürcü süd vəzilərini çox yaxşı işlətdiklərindən "Analar bürcü" olaraqda adlandırıla bilər. Ağrıya dözümləri yoxdur.
Şir
Ürək, onurğa və kürəyi idarə edirlər. Ürək xəstəliklərinə tutulma ehtimalları çoxdur. Xəstəliyə son dərəcə dözümlüdürlər. Xəstəkilərinin çox davam etməsi təqdirində onlara quluq edənləri tənqid edirlər. Yaradılışdan sağlam bir təmələ sahib olduqlarından tez sağalırlar.
Qız
Bu bürc sinir sistemi və bağırsaqları idarə edir. Qız bürcü insanları xərçənglər kimi mədə xəstəliklərinə meyilli olduqlarından, nizamlı qidalanmalıdırlar. İdarə edici bir şəxsiyyətə sahibdirlər. Çox nadir xəstələnən insanlardır.