Qadin.NET / Almanın qabıqları şəfa mənbəyidir

Almanın qabıqları şəfa mənbəyidir

 Almanın qabıqları şəfa mənbəyidir      

 

 Elm adamları daha çox alma yeməyin lazımlı olduğunu vurğulayır. Çünki almanın əzələlərin deformasiya olmasına mane olduğu ortaya çıxıb.

       Lowa Universitetindən olan elm adamları əzələ əriməsini müalicə etməyə köməkçi olacaq maddə tapmaq ümidi ilə genlərin fəaliyyətlərini araşdırıb. Buna qarşı lazımlı olan qarışığın isə alma qabığında olduğu qeyd edilib. Ursolik turşu adı verilən bu maddə əzələ əriməsinə qarşı bədənin müdafiəsini artırır.

        Mütəxəssislər laboratoriya şəraitində siçanlar üstündə sınaq keçiriblər. Siçanlardakı əzələ kütləsinin 15% artdığı müşahidə edilib. Yağ nisbəti isə yarı-yarıya azalıb. Elm adamları ursolik turşusunun genlərin yenidən proqramlanmasında əhəmiyyətli rol oynadığını bildiriblər. Bundan başqa, bu maddə əzələ əriməsini və yerinə yağların gəlməsinin qarşısını alır.

        Alma eyni zamanda qan şəkərini aşağı salır. Zərərli yağ turşularını və xolesterolu azaldır. Həkimlər xüsusilə diabeti olan şəxslərin almanı çox yeməsini məsləhət görürlər.

21 iyul 2011
GO BACK