Əziz qadin.net xanımları bu dəfə istəyirəm sizlərə Rusiyanın Volqoqrad şəhəri haqqında məlumat verim. Özüm hal-hazırda burda yaşayıram. Volqoqrad ilk dəfə olaraq 1589-cu ildə İdil çayı sahilində qərb qismində qala olaraq qurulub. Köhnə adı Çaristin, sonra isə Stalinqrad olub. Rusiyanın Volqoqrad vilayətinin mərkəzi olan şəhərdir. Hal-hazırda Rusiyanın qiymətli endüstri və daşıma mərkəzlərindən biridir. Şəhər özü böyük Volqa çayı sahilində yerləşir, həmçinin şəhərin adı da bu çayın adından götürülüb. Dəniz yüksəkliyi 0 ilə 102 metr arasında dəyişir. Rus-alman müharibəsi illərində bu şəhər çox şəhid itirdiyinə görə Rusiyada Volqoqrad şəhərinə qəhrəman şəhər adı verilmişdir. Buna görə də burada müharibə illərindən qalmış qədim tarixə malik abidələr,qəhramanlara ucaldılmış heykəllər çoxluq təşkil edir. Çalışdım ki, Volqoqrad şəhərinin gözəlliyini şəkillərdə də sizlərə göstərim.