Qadin.NET / Səhnə gözəli fermerliklə məşğuldur

Səhnə gözəli fermerliklə məşğuldur

 

 

Səhnə gözəli fermerliklə məşğuldur

 

 

Podiumların məşhur adlarından biri olan model Bilun Dohmen, Bodrumda bir kəndə yerləşdi. 90-cı illərdə podiumun tozunu atdıran Dohmenin indiki halı isə görənləri çaşdırır. Avropa və Türkiyədə saysız defilələrdə yer alan model Bilun Domen Gündoğan məhəlləsində yerləşərək özünə kiçik bir ferma yaratdı. Tamamilə kənd həyatı yaşamağa başlayan Dohmenin keçmişindən əsər qalmayıb.

 

 

Səhnə gözəli fermerliklə məşğuldur

 

 

Görkəmli həyatı geridə qoyan məşhur model indi heyvan bəsləyib, əkinçilik ilə məşğul olur. Gün boyu fermasında işləyən Dohmen, şalvarını üzərindən heç çıxarmır. Kəndlilər tərəfindən də qəbul edilən məşhur model qidalandırdığı toyuqların hər səhər yumurtasını yığır. Dohem yay-qış Bodrumda yaşayır.

Təxminən 20 il Amerika, İtaliya, Almaniya, Fransa, İngiltərə və bir çox Avropa ölkələrində podiumda çıxş edən Dohmen ən son İstanbulda Cemil İpekçinin defiləsində ağ gəlinliklə çıxış etmişdir. İstanbuldakı bütün malını satan Dohmen daha sonra Bodrumun Gündoğan məhəlləsində bir ərazi alaraq içərisndə özünə ferma hazırladı.

 

 

Səhnə gözəli fermerliklə məşğuldur

 

 

Pişik, it, keçi, qoyun, toyuq, kəklik, tutuquşu və bildirçin saxlayan məşhur model bütün heyvanları ilə tək-tək özü maraqlanır. Keçi südü sağaraq özünə qatıq hazırlayan model səhər erkən saatlarda qalxaraq toyuq və bildirçin yumurtalarını yığır. Keçi və qoyunları otaran Dohmen özü üçün odunu yaxınlıqdakı meşədən özü yığır. 

 

 

Səhnə gözəli fermerliklə məşğuldur

 

 

"Burada çox xoşbəxtəm və yay-qış buradayam"

Bu açıqlamanı Dohmen özü edib və bunları əlavə edib: "20 il xaricdə Amerka, Hollandiya, Almaniya, İtaliya, Fransa və dünyanın bir çox yerində modellik etdikdən sonra artıq Bodruma yerəşməyə qərar verdim. Ən son Defiləi isə Cemil İpekçi defiləsində gəlinlik ilə etmişdim. Artıq təqaüd vaxtı gəldi və mən xəyalımı həyata keçirdim. İllərin yorğunluğunu burada atıram. Burada artıq heyvanların ilə hüzurlu, xoşbəxt və sağlım bir həyat keçirmək istəyirəm" dedi.

 

Dohmen, kənd həyatını çox sevdiyini və sağlam qidalandığını da sözlərinə əlavə edərək "Burada çox sağlam qidalanıram. Öz pomidorumu, bibərimi əkib-biçirəm. Süd sağıram, qatıq hazırlayıram. Hər şey çox gözəldi" ifadəsindən  istifadə etdi.

 

 

Səhnə gözəli fermerliklə məşğuldur

 

19 may 2017
GO BACK