Qadin.NET / Analar gününüz mübarək!

Analar gününüz mübarək!

 

Analar gününüz mübarək!

 

Beynəlxalq Analar günü hər may ayının 2-ci bazar günü bütün dünyada sevinclə və həyəcanla qeyd olunur. Azərbaycanda bu xüsusi gün qeyd olunmasa da, bu il Möcüzə paket yağları bir ilki reallaşdıraraq bu bayramın adət-ənənəyə çevrilməsi üçün bir addım atdı və anaları unutmayaraq onların təbrik kampaniyasına başladı.

 

Analar gününüz mübarək!

 

Analar günü Amerikanın Vətəndaş müharibəsi illərindən sonra Julia Ward Howe tərəfindən analara olan hörməti göstərmək məqsədiylə qeyd olunmağa başlanmışdır. Howe analar günü fikirini Anna Jarvis-dən ilham alaraq ilk dəfə bayram kimi qeyd olunmasını təklif etdi. Anna Jarvis Vətəndaş müharibəsi əsnasında qadınların xüsusilə anaların daha gigiyenik mühitdə işini təmin etmək məqsədiylə böyük səylər göstərdi.

 

Analar gününüz mübarək!

 

Anna Jarvis qızına da yenə özü kimi Anna Jarvis adını vermişdi. Jarvis anasının bu sahədə fəaliyyətinə heyran idi və 10 May 1908 tarixində anasının olümünü anmaq üçün Grafton, West Virginia-dakı bir kilsədə ilk analar gunu qeyd olundu. Bu gündən etibarən 45 əyalətə sürətlə yayılan analar günü qeyd etmələri 1912-ci ildə rəsmi olaraq qeyd olunmağa başlandı. 1914-ci ildə Amerika başçısı Woodrow Wilson analar gününü milli bayram günü olaraq qəbul etdi.

 

 

Bütün anaların bayramını indidən təbrik edirik!

 

14 may 2017
GO BACK