Qadin.NET / Dedektivlər barədə

Dedektivlər barədə

 

Dedektivlik nədir?

 


Dedektiv - vəzifəsi cinayətləri araşdırmaq və günahkarları yaxalamaq olan polislərə deyilir. Bəzi ölkələrdə dövlət işçisi olmayan xüsusi dedektivlər də vardır. Əhvalatlardakı və romanlardaki dedektivlər belə detektivlərdəndir.
Dedektiv bacarıqlı və səbirli olmalıdır, çünki araşdırdığı mövzuda yalnız bir ipucu tapmaq üçün belə aylarla çalışmaq məcburiyyətində qala bilər. İndiki vaxtda elmi üsullar dəlillər tapmaqda əlverişli şərait yaradır, amma dedektiv yenə də böyük ölçüdə sorğu-sual aparma üsulu ilə işləyir.
Dedektiv olmaq asandır?

Dedektivlər barədə

 

Dedektiv olmaq asandırmı? Hər istəyən şəxs dedektiv ola bilərmi? Təbii ki, xeyr.

Dedektivlik iincəlik, diqqət və vasvasılıq tələb edən peşədir. Peşəkar dedektiv olmaq üçün möhkəm quruluşa, üstün zəkaya və hadisələri təhlil etmə mövzusunda qabiliyyətə malik olmaq lazımlıdır. Detalları çox yaxşı araşdırmaq və buna görə seçkilər keçirmək dedektivliyin ilk xüsusiyyətlərindəndir.

Dedektiv olmaq istəyənlər üçün dedektivlik <http://www.dedektivik.biz> kursları bəlkə yoxdur, amma dedektiv olmaq həqiqətən çox çətindir.


Peşəkar dedektiv necə olmalıdır?

Dedektivl&#601;r bar&#601;d&#601;


Dedektiv deyincə, gözümüzün qarşısında uzun paltarlı, şapkalı və lupalı dedektiv modeli canlanır. Şüşələrdən atılan, silahla qatilləri və günahkarları yaralayıb tutduqdan sonra polisə təslim edən dedektivlər yalnız filmlərdə olur. Yaxşı bir dedektiv eyni zamanda yaxşı müşahidəçi olmalıdır. Dedektivlərin əsl işi günahkarı tutmaq yox, təsbit etmək, dedektiv xidmətinə müraciət edən şəxslə təsbit edilmiş məlumatları paylaşmaqdır. Əgər cəmiyyət üçün araşdırma aparılırsa, cinayət, günah təsbit edildiyi üçün prokurorluğa bu məlumatları təqdim etmək onun vəzifəsidir. Sonrakı müdaxilələr isə təhlükəsizlik güclərinin məsuliyyətindədir. Dedektiv düzgün dəlillər təqdim edirsə, demək, o, etibarlı dedektivdir.


Dedektivl&#601;r bar&#601;d&#601;
21 iyul 2011
GO BACK