Qadin.NET / Qızıl dəqiqədə arzu tut

Qızıl dəqiqədə arzu tut

Arzuları istəmək üçün münasib vaxt, xoş dəqiqə tapmaq lazımdır. Hər günün bir sehrli dəqiqəsi var, o dəqiqəni tapsanız, həmin an nə istəsəniz olacaq. Maraqlıdır ?? Əgər niyyətiniz saf və gözəldirsə irəli !!!!

 

Qızıl dəqiqədə arzu tut


Həyat özü magiyadan ibarətdir. :magiyanı təkcə görücülər bacarmır.O hər insanın öz içində, öz əlindədir. 

 

Hamımız bilirik ki, ilin ən gözəl arzu-dilək vaxtı Orucluq ayına təsadüf edən Qədr gecələri və bir də Yeni ilin təhvil olduğu an saat əqrəblərinin vurduğu vaxtdır.

Amma arzuları bitib tükənməyən insana sən demə, hər gün  belə şanslar verilir. Necə ???

İlk dəfə bu  sirri mətbuata Rusiyada "Bitva ekstrasensov 5" yarışmasının finalçısı Anna Boqata açdı.

Həqiqət ondadır ki, hər sutkada  elə bir dəqiqə var ki, o günün bütün saat və dəqiqələrindən  daha özəl, qiymətlidir, yəni QIZIL DƏQİQƏDİR.

Ən əvvəl kağızda hesablama aparın-ayın tarixi və ay. Tutaq ki ay fevraldır, tarix isə fevralın 15-i. Bu belə yazılır.15.02 Bu yazlışa bir də baxın .O tarixdən başqa daha nəyə bənzəyir?? Əlbəttə ki, bu saat və dəqiqədir. Bizim saatlarımız 15.02-ni göstərir. Bütün məna və məğz də bundadır. Yəni o tarixdə, o gündə Qızıl dəqiqə 15.02-ni vuran anda yetişir. Həmin dəqiqədən  növbəti 15.03 dəqiqəyə kimi olan 60 saniyə içində sizin vaxtınız var ki bir arzunuzu istəyəsiniz.

Amma bu ritualda qarşınıza belə bir sual çıxacaq : bəs 25.10 və ya 31.12 kimi tarixlərdə nə edək ? Axı buna uyğun  saat və dəqiqə yoxdur. O zaman hesablama dəyişir. Ayın özü saat, ayın tarixi isə dəqiqəni göstərir. Yəni 10.25 və 12.31  31.01 və 25.03  tarixlərdə gec yatmaq lazım gələcək.Çünki o tarixlərdə  qızıl dəqiqə gecə yarı olacaq. 

Bu maraqlı  açıqlama  və təklifdə əsrlərin araşdırması və böyük astronumeroloji sirr gizlənib.Rəqəmlərin vibrasiyası və onun tarix və saatla  uzlaşması mütləq  nəticə verir.

Diqqət !! Qızıl dəqiqə  ziyanımıza da işləyə  bilər .Ehtiyatlı olun ..Necə ???

-Tutaq ki, siz bu yazını oxuduqdan sonra dəqiqəni ayı hesabladınız və bir dəfə arzunuzu istədiniz, amma o biri günlərdə  bu ritualı etmirsiniz və ya yaddan çıxıb. Təsəvvür edin ki, kanal açılıb, saniyələr işləyir və siz  həmin an dünyadan xəbərsiz halda telefonla danışırsınız ya da ki, mesaj yazırsınız."Ah bu gün başım problemlərdən ayılmadı,mən işimdən bezmişəm,bircə canım qurtarsaydı"və STOP .Sizin bu istəyiniz tərslikdən  elə  qızıl  dəqiqə ilə üst-üstə düşdü. Bəli, o arzu kimi qəbul olundu.  Odur ki, həmin sehirli dəqiqələrdə dilinizdən çıxan arzulardan, hətta adi sözlərdən giley və qarğışlardan  ehtiyatlı olun.

Uğurlar !!!!

P.S.bu günün QIZIL DƏQİQƏSİ BU İDİ: 08:07.Bu günün qızıl dəqiqəsi artıq keçdiyinə görə biz sabahkı dəqiqəni müəyyənləşdirək və xatırlasaq arzu tutub sınayaq.Sabahkı qızıl dəqiqə: 09:07

8 iyul 2011
GO BACK