Qadin.NET / Tək nəfərlik fəsil

Tək nəfərlik fəsil

 

Tək nəfərlik fəsil

Qadın olaraq bütün günahları çiyninə almaq necə bir hiss olduğunu heç bir kişi anlamaz. Hər gün həbs olunduğun yataq otağın bir gün sənin tək qorunduğun bunkerə çevriləndə sən sadəcə baxıb olanlara susursan. Çünki sən qadınsan. Sən susmalısan. Sən ağlamalısan. Sən əzilməlisən. Sən unutmalısan. Sən axı QADINSAN!

 

Tək nəfərlik fəsil

Hər sabah gecə yastığımda axıdılan gözyaşları toplamaqla günümü başlayıram. Bu necə də məni xoşbəxt edir, elə deyimi kişilər? Yox. əsla elə deyil! Siz heç vaxt anlamacaqsız bir qadının hər sabah "qadındır"deyə necə əzab çəkdiyini. Qadın xoşbəxtliyi arzulayan bir-birinə yalnız qadınlardır. Çünki əzab çəkən qadınlar yalnız bir-birlərini anlaya bilərlər. Biz qadınlar illərcə əzilmişik, illərcə susdurulmuşuq. Hələ də heçnə dəyişməyib tarixdə. Biz heç indi sevə də bilmirik. Qadın sünnəti mövcud olandan qadınlar ancaq nəsil artırma rolunu oynayır. Mənim hisslərim, istedadım ola-ola, mən niyə yalnız nəsil artırma rolunu oynamalıyam? Bizim ancaq böyük adlanan xəyallarımız var. Biz ancaq ağ atlı şahzaləri gözləyə bilirik. İnanırıq ki, həmin ağ şahzadələr bizi bu ədalətsizlikdən azad edəcək. Amma heç vaxt bu olmur. Biz ağ şahzadələrin quluna çevrilirik. Biz özümüz aldadırıq. Bizim gücümüz, istedadımız, hisslərimiz ola-ola hələ də nəsil artırma rolunu oynayırıq. Biz oyanmaq istəmədiyimiz yuxunun içindəyirik. Biz tək qalmaqdan qorxuruq. Bizim cəmi bir fəslimiz var...

Qeyd: Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir. Qadın sünnətin əsas məqsədi qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün bu addım atılır. Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir.

Elmar Babayev

10 may 2017
GO BACK