Musiqi məhsuldarlığı artıra bilirmi? Mən şəxsən işləyən zaman musiqi dinləyəndə fərqli təcrübələrlə qarşılaşmışam. Həqiqətən yaxşı ideya tapmaq üçün musiqi kömək edir. Mən ilk işçilərimi tutanda, işləyərkən heç bir musiqi dinləməsinlər deyə tapşırdım. Diqqətlərin işlərinə yönəlməsi və diqqətlərin yayınmaması üçün bu qərara gəlmişdim. Bir neçə gün sonra işçilərim mənimlə danışmaq istədilər. Onlar musiqisiz işləməyin səssiz mühit yaratdığını, bunun da yaradıcılığı məhv etdiyini, hətta onları narahat etdiyini bildirdilər. İşləyərkən musiqi dinləməyin hər kəs üçün daha yaxşı olduğunu bildirdilər.
Mənim bu ideyaya heç bir etirazım yox idi. Bundan sonra, mən daha məhsuldar işləmək üçün onlara kömək etmək istədim. Növbəti gün işdə musiqi səsi eşidilirdi. İşçilər çox xoşbəxt idilər. Ona görə musiqini işin əyləncəsinə çevirmək qərarına gəldim. Bir müddət sonra qrupdakıları yoxlamaq üçün işçilərə bir tapşırıq verdim. Bu tapşırıq çox diqqət tələb edən bir tapşırıq idi. Bir müddət sonra xoşbəxtliyə çevrilən musiqi işçiləri narahat etməyə başladı. Bəziləri musiqinin səsini aşağı salmağı xahiş edirdilər. Bir çox diqqətlərini cəmləyə bilmədikləri deyirdilər.
Bir müddət musiqisiz şərait isə yenidən musiqiyə olan ehtiyacların artırdı. Bu onu göstərdi ki, diqqət cəmləməklə musiqinin heç bir əlaqəsi yoxdur. Sadəcə musiqi diqqət cəmləmək üçün üsullardan biridir.
Mənbə: http://www.buzzle.com/