Hər gün bir çox alış-veriş edirik, paltardan kosmetikaya qədər. Əlbəttə əsil məsələ; ehtiyacımız olanlar, etdiyimiz alış-veriş deyil, onsuzda hər aldığımız şey də ehtiyacdandır deyə bilərsiniz. Gəlin etiraf edək ki, lazımlı olmasa da olsun deyə ya da sadəcə bəyəndiyiniz üçün aldğımız bir çox şey var. Amma məsələ bizə gəldiyində dayanırıq.
Əvvəlcə aydınlaşdırın
Bir də vacib etdikləriniz məsələsi var. Ehtiyaclarımız, lazımlı gördüklərimiz bitincə ardından uşaqların ehtiyacları, yoldaşımız, dostlarımız, ailəmiz kimi bir çox sıraya alacağımız insan gəlir. Bunlardan sonra da sıranı tərcihlərimiz tutur, məsələn, tətillər, yemək və içkilər, əyləncə üçün etdiyimiz müxtəlif alış-verişlər. Bu qədər alış-veriş və inversiya ardından hələ maddi mənbəniz tükənməyibsə, bir də vaxt inversiyası var. Onda da hər şeyim var, amma vaxtım yoxdu deyirik.
Özünüz üçün bir şeylər edin
Nəhayət özümüzlə başbaşa qaldığımızda əslində etmək istəyib də nə çox şey etmədiyimizi danışmağa etiraf etməyə başlayırıq. Sıranın bir cür özümüzə, "ona" gəlmədiyini izah etməyə başlayırıq. Əslində bu vəziyyəti dəyişdirmə olan ehtiyacımız, bir çox söhbətə mövzu olur. İçdən içə bir tərəfdə bu qədər şeyə rəğmən böyüyən ehtiyaclarımız varkən, sıra niyə bir cür sizə gəlmir? Düşünəcək olsanız, özünüz üçün etdiyiniz şeylər sizin vaciblərinizin harasındadır? Cavabınız sonlarda bir yerlərdəsə, bunun fərqinə varın.
Özünüzü tanıyın
Zaman bu qədər tez hərəkət edərkən, özünüzü tanımağı, nə istədiyini tapmağı və arxasından getməyi təxirə salmaq əslində xoşbəxtliyinizi təxirə salmaq deməkdir. Vaxtım və nəğd pulum yoxdur sıralamaları özünüzdən qaçdığınız bahənələriniz ola bilərmi? Bəhanələri bir kənara qoyduğunuzda sıra nə zaman sizə gəlir? Nə zaman artıq belə olmasın dediklərinizi dəyişdirmək üçün hərəkətə keçəcəksiniz? "Edən edir" dediyiniz söhbətlərdəki mübtəda nə vaxt siz olacaqsınız?
Bütün bu sualların cavablarını bəlkə də öz qiymətinizi, bəli bəli sizin, özünüzün dəyişim yaratma gücünüzü fərq etiyinizdə tapacaqsınız. Sizdən başqa həyatınızda olan kimsə sizin adınıza nəyisə dəyişdirə bilməz. Sizdən başqa kimsə sizin zamanınızı və büdcənizi özünüz üçün istifadə etməyinizə təmin edə bilməz.
Bu gün həyatınızı ertələməyi dayandırın və özünüz üçün bir şey edin! Bir an dayanın və vaciblər siyahısında baş sırada sizin istəkləriniz olduğunu, bütün mənbələrinizi sadəcə özünüz üçün istifadə etməyi xəyal edin. Nə deyirsiniz, özünüzü xatırlamağa dəyər?