Qadin.NET / Dostlar ilə "ən yaxşı dostlar"ın fərqi

Dostlar ilə "ən yaxşı dostlar"ın fərqi

 

Dostlar ilə "ən yaxşı dostlar"ın fərqi

 

Bilirəm ki, sizin də belə "yaxın dostlarınız" vardır.

Dostlar yeməyin axırını sənin üçün saxlayarlar.

Ən yaxşı dostlar isə yeməyin axırı nədir, hətta tavanın dibini də çörəklə siyirib, səni ələ sala-sala gülərlər.

***

Dostlar evə gəlməmişdən öncə sənə zəng edib xəbərdarlıq edərlər.

Ən yaxşı dostlar isə xəbərdarlıq etmədən gələrlər, bir də ayılarsan ki, evin içindədirlər.

***

 

Dostlar ilə "ən yaxşı dostlar"ın fərqi


Dostlar onlara nəsə lazım olsa, götürmək üçün əvvəlcə səndən icazə alarlar.

Ən yaxşı dostlar isə əllərinə nə gəldi götürüb istədikləri kimi istifadə edərlər.

***

 

Dostlar dara düşdükdə səni xilas etməyə tələsərlər.

Ən yaxşı dostlar isə şaqqanaq çəkərək: "Hə, necəydi, zor idi hə? Sən öl, sənə hələ bu da azdır. Ha ha" - deyərlər.

***

Hazırladı: Fərid Abdullah

19 aprel 2017
GO BACK