Qadin.NET / Antonio Banderas

Antonio Banderas

            Antonio Banderas 10 avqust 1960-cı ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlmişdir. Uşaqlıq yaşlarında ən böyük arzusu futbolçu olmaq idi. Ancaq ayaq nahiyyəsindən ciddi bir zərbə aldığına görə o, arzusundan əl çəkməli oldu. Aktyorluğa olan yüksək marağı, Milos Formanın yüksək tamaşaçı kütləsi toplayan filmi “Hair” (1979) ilə ortaya çıxmışdır.  

          Ailəsinin etirazlarına baxmayaraq, hələ 10 yaşında ikən səhnəyə çıxmağa başladı. 1982-ci ildə Almadovarın rejissoru olduğu “Labyrinth of Passion” adlı seks komediyasında rola çəkildi. Daha sonra Banderas “Women on the Vergeof a Nervous Breakdown” və “Law of Desire” adlı filmlərdə Almadovar ilə birlikdə çalışma fürsəti əldə etdi.

1983-cü ildə kino kariyerasına ilk addımlarını atan Banderas, 1990-cı ildə Almadovarın “Tie Me Up! Tie Me Down!” adlı filmində porno ulduzunu qaçıran və özünə aşiq edənə qədər onu yatağa bağlı saxlayan xarizmatik bir ağıl xəstəsini canlandırdı. Bu filmdən sonra marağını “Hollywood”a yönləndirən aktyor, Arne Glimcherin Pulitzer mükafatlı bir romandan götürdüyü “The Mambo Kings” adlı filmdə rol aldı.Hələ çox gənc və təcrübəsi az olan Banderas,  bu filmdə rola çəkilmək üçün Berlitz məktəbində təhsil alaraq ingilis dilində danışıq qabiliyyətini artırdı. 1993-cü ildə başrollarda Tom Hanks və Dezel Washingtonun çəkildiyi “ Philedelphia” adlı filmdə QİÇS-ə yaxalanan  sevgilisinə təsəlli verməyə çalışan bir cinsi azlığı canlandırdı. Müxtəlif xarakterləri məharətlə canlandıran aktyor, ard-arda Jeremy İrons, Meryl Streep və Gleen Close kimi oyunçuların yer aldığı “The House of the Spirits” (1993), Neil Jordanın “İnterview with the Vampire”, Salma Hayeklə “ Desperado” (1995) adlı filmlərlə məşhurluq qazandı. Bu illər ərzində bir çox filmləri dünya ekranına çıxdı.

Antonio Banderas

           1995-ci ildə “Two Much” adlı filmdə tərəf müqabili Melanie Griffith`ə aşiq olan Banderas, 8 illik həyat yoldaşı Anna Lezadan boşandı və bir il sonra Griffith ilə evləndi. “Evita” filmində Madonna ilə birlikdə rol aldı. 1998-ci ildə Catherine Zeta Jones ilə birlikdə “The Mask of Zorro” adlı filmdə rol oynadı. Demək olar ki, bu illər ərzində Banderas bir çox filmlərə imza atdı.

Antonio Banderas
             1999-cu ildə rejissorluğa imza atan aktyor, Griffthin baş rola çəkildiyi “Crazy in Alabama”nı ekranlaşdırdı. 2000-ci ildə “Play in to the Bone” , “The White River Kid”, “The Sparrow” adlı filmlərə çəkildi.Antonio Banderas 2001-ci ildə uşaqlardan bəhs edən filmə çəkildi.Ardından bir neçə filmlərə çəkildi, ancaq uşaqları unuda bilmədi.Elə bu səbəbdən də “Shrek” cizgi filmində pişik personajını səsləndirdi və böyük marağa səbəb oldu. Banderasın rol aldığı və yayımlanan ən son filmlərdən biri isə “My Mom`s New Boyfriend” filmidir.

Dünyaca məşhur olan aktyorun geniş tamaşaçı kütləsi, izləyənləri vardır. Hətta kişilər üçün hazırlanan bir ətir brendi də onun adı ilə bağlıdır.

23 iyun 2011
GO BACK