Qadin.NET / Fəlsəfədə etik normalar-2

Fəlsəfədə etik normalar-2

 


           Təvazökar- abırsızlıqla utancaqlığın arasında olan ortadır. O, özünü hərəkətlərdə və sözdə göstərir. Həyasız hər hansı şəraitdə hər kəsə müraciət edib, danışır və necə gəldi hərəkət edir. Utancaq, əksinə, hər adamın qarşısında hər sözü danışmağa və hərəkət etməyə çəkinir (axı hər şeydən utanan passivdir). Təvazökarlıq və təvazökar-bunların ortasında olan bir şeydir: təvazökar abırsızdan sonra ağzına gələni danışmayacaq, lakin utancaq kimi hər şeydən də həmişə çəkinməyəcək, harda lazımdır, nə lazımdır və haçan lazımdır, orada danışıb, hərəkət edəcək.


           Yumor hissi- təlxəkliklə kobudluğun arasında olan ortadır. Onun sahəsi- rişxənddir. Təlxək hər hansı bir səbəbdən araya qoymağı lazım bilir, kobud isə zarafat etməkdən imtina edir, istəmir ki, onunla da zarafat etsinlər, çünki əsəbləşir. Bunların arasında yumor hissinə malik olan adam durur. O, hər kəslə hər səbəbə görə zarafat etmir, lakin adamdan da qaçmır. Yumor hissi haqqında iki mənada danışmaq olar: yumor hissinə malik olan adam- həm o adamdır ki, zarafatı yerində etməyi bacarır, həm də o adamdır ki, istehzaya dözür. 


          Səmimilik- yaltaqlıqla düşmənçilik arasında olan ortadır. Bu, özünü hərəkətlərdə və sözdə göstərir. Yaltaq nə lazımdırsa onun, həm də, əslində, nə varsa, üstünə əlavə edir, düşməncəsinə ədavət aparan isə nə varsa onu ad alır. Ədalət naminə nə bu, nə də o biri təqdirəlayiq deyil, səmimi adam isə bunların arasında orta mövqe tutur: o, nə varsa bunun üstünə heç nə əlavə etməyəcək, həm də lazım olmayan şeyi tərifləməyəcək, amma kiçiltməyəcək də və heç bir vəchlə düşündüyünün əksinə danışmayacaq. Səmimi adam belədir.


          Doğruçuluq- riyakarlıqla lovğalığın arasında olan ortadır və özünü danşıqda göstərir, amma hər danışıqda yox. Lovğa özünü, nəyi varsa bundan artıq olan, yaxud nəyi bilmirsə, onu bilən adam kimi göstərir; riyakar, əksinə, özünü elə göstərir ki, əslində olduğundan daha az şeyə malikdir, bildiyini də danışmayıb, bunu gizlədir. Doğruçu nə bunu, nə də digərini etməyəcək: o nəyə malikdirsə, onu artırıb-əksiltməyəcək, əmlakı və biliyi barəsində nə varsa, onu da deyəcək.

Əziz xanımlar bu hisslərdən hansı sizə daha yaxındır?


20 iyun 2011
GO BACK