Qadin.NET / Mobil telefonunuz enerji yığarkən diqqət!

Mobil telefonunuz enerji yığarkən diqqət!

Mobil telefonunuz enerji yığarkən diqqət!

Samsung Elektronik və Elektronik Texniki müdiri Osman Saka, gecə telefonların enerji yığması üçün səhərə kimi elektrikə taxılı qalmasının olduqca təhlükəli  bir vəziyyət olduğunu söylədi. Mobil telefonlarının yalnış istifadəsi ilə bağlı xəbərdarlıq edən Osman Saka, “ son illərdə mobil telefonlar olduqca məşhurlaşmışdır.

Mobil telefonunuz enerji yığarkən diqqət!

Bu telefonlar bilindiyi kimi enerjini çox saxlamırlar. Bəzi insanlar hər saat telefonu enerji yığmağa qoyurlar. Bununla bərabər telefonu davamlı elektriyə taxma vərdişi çox təəssüf ki, gecədə davam edir. Böyük bir çoxluq olaraq telefonlarımızı gecə elektrikə taxılı qoyuruq. Bu olduqca təhlükəli bir vəziyyətdir. Bu günümüz də yanğınların çoxu telefonların elektrikə taxılı vəziyyətdə qalmasından yaranmaqdadır.

 Mobil telefonun enerji yığma  müddəti maksimum 2 saatdır. 2 saatı keçdikdən sonra heç kim telefonunu elektrikdə saxlamamalıdır. Gecə yatarkən telefonumuzu enerji yığmağa qoymamalıyıq. Hətta telefonumuzla eyni  otaqda da yatmamalıyıq”dedi. 

16 mart 2017
GO BACK