Keçmiş zamanlarda insanlar, izah edə bilmədikləri hadisələri bir bilinməzliklə açıqlamışlardır. Bu üsul maraq duyğusunu məhv etməklə bərabər, keçici bir həll olmuş və problemin həll olunması üçün gələcək nəsillərə miras buraxılmışdır. Nə var ki, elmi olmayan bu üsullar tarix boyu bir çox faciəyə yol açmışdır.
Bir nümunə olaraq, Orta Əsr Avropada doğulan anormal doğulan uşaqlar şeytan olaraq görülmüş və öldürülmüşdür. Anaları isə skolastik düşüncəsi olan məhkəmələrin işgəncəsindən qurtulmamışdır. Fiziki şiddətdən qurtulmaq üçün cadugər olduqlarını qəbul edənlər ölüm cəzasına məhkum edilmiş və şəhər meydanlarında diri-dirr yandırılmışdır.
İnsan vicdanın yer almayan bu üsullar şeirlərə və hekayələrə mövzu olsa da orta əsr qaranlığından günümüzə qədər gəlmişdir. Bunlardan biri də, evlənib uşağının olması üçün Aya yalvaran qaraçı qadın danışılır. Ay bu yalvarışa qarşılıq verir, ancaq bir şərti var; qadının ilk uşağını özünə götürəcəkdir. Qadın evlənib və bir albinos uşaq dünyaya gətirir. Əri bu vəziyyət qarşısında uşağın ondan olmadığını və açaldıldığını düşünərək öncə qadını öldürür, sonra da körpəni dağa apararaq buraxır.
Hekayəyə görə uşağın əhvalı Ayın formasını müəyyənləşdirir. Ağladığı zaman beşik sallamaq üçün Ay hilal şəklini alır. Şən olanda isə bütöv olur. İspan dilində danışılan bu hekayənin mahnısını dinləyə bilərsiniz.
Tərcümə: Aidə Ustaclı