İmam Sadiq (ə) nəql olunmuş hədisdə deyilir:
Qədim zamanlarda bütün heyvanlar birlikdə yaşayar və bir-birilərinə zərrə qədər də olsa əziyyət vermədən öz xaliqlərini zikr edərdilər.Bu heyvanlardan hər biri Allah təaladan ruzi və xoş həyat dilədilər.
QARTAL-deyir ki,ey Adəm övladları necə yaşayırsınız yaşayın, axırı yenə də ölüm və fanilikdir..
Tovuz quşu-Allahdan bağışlanmasını istəyərək deyir ki, Allahım gözəlliyimə uyub özümdə qürur hissi keçirdim və özümə zülm etdim. Bunun üçün səndən üzr və bağışlanmağımı istəyirəm.
Ev xoruzu- deyir ki, Allahı dərk edən şəxs hər zaman öz xaliqini yadına salar və bir an olsun belə ondan ayrılmamağa çalışar.
Toyuq deyir ki, Allaha təvəkkül et ki, sənə ruzi bəxş etsin.
Şahin Allahı "Subhanəllahi həqqən-həqqa" kəlməsi ilə yad edər.
Bayquş-camaatdan uzağ olmağı üstün tutar.
Qarğa-Allahdan halal ruzi diləyər.
Durna öz düşmənlərindən uzağ olmağı Allahdan istər.
Ördək -yalnız bağışlanmağını dilər.
Bildirçin Adəm övladlarına ölümdən xəbərsiz olduqlarını bildirər.
Tülkü-dünyanı yalanla dolu bir ev hesab edir.
Pələng isə- Allaha müraciət edərək deyir ki, malik olduğum bu qüvvə ilə Allahı pak və əziz sanıram.