Aparılan araşdırmada məlum olub ki, şokolad yeyən insanlar, digər insanlardan daha çox yalan söyləyir.
İngiltərə Ürək Fondunun apardığı araşdırmaya görə, şokoladı tərk etmək, içkini, kafeini və intim həyatı tərk etməkdən daha çətindir.
3 min insan arasında aparılan araşdırmada, böyüklərin üçdə birinin evə qayıdarkən şokolad yediyi və çoxu nə qədər yediyini gizləmək məqsədilə şokoladın kağızını gizlətdiyi ortaya çıxmışdır.
İngiltərə ürək fondu , mart ayında şokolad yeməkdən əl çəkmək və ürək araşdırmaları üçün fond yaradılması üçün araşdırmaları davam etdirir.
Fondun nümayəndəsi Tracy Parker, " ən sevdiyiniz şirniyyat olan şokoladı yediyinizi gizlətmək üçün etdikləriniz inanılmazdır" deyir.
Ürək fondu büdcəsini artırmaq kampanyası üçün bütün şokolad sevənlərə xəbərdarlıq edir Parker, " Şokoladı buraxmaq üçün qərar qəbul edin və bu çətin işi reallaşdırmaq üçün də ailənizin və dostlarınızın arasında dəstəkçi tapın. Bunu etdikdən sonra daha sağlam həyata addım atacaqsınız, həm də həyat qurtaran araşdırmalarımıza yardım etmiş olacaqsınız" deyir.