Qadin.NET / Şir bürcü qadını

Şir bürcü qadını

Şir bürcü qadını

Şir bürcü qadını olduqca cəlb edicidir və ağıllıdır. Özlərinə inamı yüksəkdir. İdealistdirlər və hər şeyin ən yaxşı olmağını istəyirlər. Son dərəcə qürurludurlar. Heçnə qürurlarının qabağına keçə bilməz. Cazibədar bir qadındır və əzmlidir. Çətin xarekterə sahibdir. İnsanlar asanlıqla ona yaxınlaşa bilməz. 

Xarekteri olduqca güclüdür. Hər sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün yolundakı insanları asanlıqla manipulasiya edə bilir. Bu bürcün qadınları xüsusilə fiziki münasibətlərinə üstünlük verirlər.  Qarşısına çıxan şansı asanlıqla dəyərləndirə bilir. Gecə həyatını və əyləncəni sevir. Ətrafındakı insanların ona diqqət etməsini sevir. Mərkəzdə olmağı sevən qadındır. Kişilərin bəyəndiyini düşünəndə çox sevinir. Bu anda kraliça olduğunu düşünür və hamının onun əmri altında olduğunu düşünür.

 

Şir bürcü qadını

 

Əslində, bu bürcün qadını göz önündə olmağını təbiiliyinə borcludur. Etdikləri hərəkət daxillərindən gələn bir davranışdır. Bu bürcün qadını diqqət mərkəzində olduğu üçün, sevgilisi olan adam gərək qısqanc olmasın. Qarşısındakı insanın yalan söylədiğini hiss etsə, həmin adamdan uzaq durar və həyatından çıxarar. Təbii olduğu qədər, rol oynamağı sevən qadındır.

 

Şir bürcü qadını

Digər insanlardan fərqli olmağı, fərqli görünməyi sevir. Əslində, gözəlliyi ilə yox, xoş danışığı ilə qarşısındakılara təsir edir. Hər zaman hərəkətli və canlı xarekterə sahibdir. Fərqli mühitlərdə olmaq, yeni insanlarla tanış olmaq istəyir. Dostları onun üçün vacibdir, ancaq hamını dostu olaraq qəbul etməz. Azadlığını çox sevir. İşləmək onlar üçün çox vacibdir. Maddi olaraq güclü olmaq istəyir.  İntizamlı qadındır. Əmr etməyi sevir və bunu kobud şəkildə edir.

1 fevral 2017
GO BACK