Qadin.NET / Qız bürcü qadını

Qız bürcü qadını

 

Qız bürcü qadını

 

Qız bürcü qadını ilk öncə bütün məsuliyyətlərinin fərqində olan bir qadındır. Olduqca əzmlidir və buna görə də, təslim olmaz. Detallara çox fikir verir. Hər şeyi detallına qədər öyrənmək və araşdırmaq istəyir. İdealist bir qadındır. Olduqca nəzakətli və həssas xarekterə malikdir. Çox vasvasıdır və vasvasılığı xəstəlik dərəcəsindədir. Ev həyatına bağlıdır və buna görə də evdən kənarda olmaqdan xoşu gəlmir. Evdə olmaq və ailəsi ilə vaxt keçirmək onlar üçün vacibdir.

Qız bürcü qadını

 

Evli və uşaq sahibi olan qadınlar, uşaqlarına vaxt ayırmaqdan zövq alırlar. Xoş yumor hissinə sahibdir. Buna görə də, dostları tərəfindən ən çox bəyənilən adamdır. Dost ətrafı genişdir. Sevilən olsalar da, dostlarını diqqətlə seçirlər. Qız bürcü çalışmağı sevir və bundan şikayət etməz.  İstədikləri və arzuladıqları uğura çatmaq üçün dayanmadan çalışırlar. Praktik zəkaya sahibdirlər. Mərhəmətli və ədalətli bir qadındır. Hər zaman mükəmməli axtaran bir tərəfləri vardır. Bu istəkləri həyatlarının hər sahəsinə təsir edir. Həyatını idarə etmək istəyir və bu vəziyyət ona inam verir. İnciyən xarekterə sahibdir. Ən adi mənfilikdən inciyə bilir. İncidiyi insanı asanlıqla bağışlamır. Kinli deyillər. Yenə də ona edilən pisliyi asanlıqla unutmaz. Maddiyyata önəm vermir, ancaq maddi gücü olmasını istəyir. İstəklərini və rahat yaşamaq üçün pula ehtiyacı olduğunun fərqindədir.

Qız bürcü qadını

Mənfi cəhətləri: Gərgin və çox məntiqlə hərəkət etməsi. Hər zaman təşviş içindədir. Dalğın və hiyləgərdir. Adətən yenilikdən xoşu gəlmir. Takıntılıdır.

Müsbət cəhətləri: Təmizkardır. Yardıma hər zaman hazırdır. Əlindən gələni edir. Diqqətli, dürüst və hissiyyatlıdır.

 

30 yanvar 2017
GO BACK