Oğlaq bürcü qaının güclü xarekterləri var və özləri də bunun fərqindədirlər. Həyatları dəyişdirəcək məcaraların qadını deyil. Həyatdan tək istədiyi şey real bir eşqdir. Eşq həyatında gəlib keçən hislərə yer verməzlər. Onunla birlikdə olan kişi münasibətdə ciddi deyilsə, oğlaq bürcü qadınını unutsa yaxşıdır. İstədikləri kişini əldə edənə kimi özlərini zəif və qayğıya möhtac qadın kimi göstərərlər. İstədikləri adamı əldə etdikdən sonra dəyişərlər və tərəf müqabilini xəyal qırıqlığına salarlar. Ev pişiyi kimi sevimli görünüb, sonda aslana çevrilər bilərlər. Sevdikləri zaman qısqanc olarlar.
Eşq həyatında romantikaya inanır. Fırtınalı eşq həyatı onlar üçün deyil. Münasibətlərinin uzun müddətli olmasını istəyir. Bu bürcün qadınları hislərini göstərməkdən çəkinirlər. Buna görə də səhv anlaşıla bilirlər. Xəyal qırıqlığına düşdükləri zaman duyğusal və ruhsal problemlə rastlaşa bilərlər. Bunun səbəbi narahat verici halları içlərinə atmaları və səssiz qalmalarıdır. Ev sahibi olmaqda bu bürcün qadını mükəmməldir. Çox yaxşı yemək bişirir və tərəf müqabilinə fədakar davranışlar sərgiləyir.
Güclü və qüvvətli olurlar. Model ola bilmək şansları yüksəkdir. Adətən incəbədən quruluşuna sahib olurlar.
Müsbət cəhətləri: etibarlı insanlardır. Verdiyi qərarların arxasında dayanır və səbrli davranır. Hər şeyin qaydasında olmasını istəyir. İfratdan xoşu gəlmir.
Mənfi cəhətləri: Qəti qərarlı olmaqları, xəsis olmaqları mənfi cəhətləridir. Verdikləri qərarı asanlıqla dəyişdirməzlər. Baxışlarına görə çox adam onların qatı xarekterli olduqlarını düşünə bilər.